Keçid linkləri

Təcili xəbərlər
2020, 07 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 11:58

Deputatlığa namizəd polisə aparıldığını bildirir


Arxiv foto

Hüquqşünas, 34 saylı Xətai ikinci Seçki Dairəsindən namizəd Səməd Rəhimli Daxili İşlər Nazirliyinə aparıldığını, sonra da sərbəst buraxıldığını bildirib.

S. Rəhimlinin deməsinə görə, onu bu gün, yanvarın 18-də yaşadığı Xətai rayonun sahə müvəkkili zəng vuraraq yanına çağırıb, səbəb isə bildirməyib:

"Evdən çıxıb sahə müvəkkil oturduğu yerə çatanda bir maşın gördüm. Sahə müvəkkəli də orada idi. Maşından çıxan şəxslər onlarla bir yerdə getməli olduğumu bildirdilər. Məni Daxili İşlər Nazirliyinə gətirdilər".

S. Rəhimlinin sözlərinə görə, aparılmasının səbəbi verdiyi müsahibədir:

"Bir neçə gün əvvəl Tovuzda öldürülən qızla ( 2010-cu il təvəllüdlü Nərmin Quliyeva) bağlı müsahibə vermişəm. Orada bildirdim ki, qanunlarımızda problem yoxdur, sadəcə polis orqanları korrupsiyalaşıb". Məni elə bu ifadəyə görə, çağırıblar. Bir müddət sonra isə sərbəst buraxıldım".

“ Tunan” Agentliyi-nin xəbərinə görə, Daxili İşlər Nazirliyin Mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov isə bu məlumatın həqiqət olmadığını söyləyib.

Səməd Rəhimli 10-dan çox namizədin təmsil olunduğu “ Hərəkət” blokunda yer alır.

Xatırlatma

Ötən il dekabrın 2-də Milli Məclis YAP-dan olan deputatların müraciətinə əsasən, parlamentin buraxılması və növbədənkənar seçkilərin təyin olunması xahişi ilə prezidentə müraciət edib.

YAP bunu prezident İlham Əliyevin islahatlar kursuna dəstək məqsədilə verdiyini açıqlayıb.

Prezident də öz növbəsində növbədənkənar parlament seçkilərinin bu il fevralın 9-da keçirilməsinə dair sərəncam verib. Əslində Azərbaycanda parlament seçkiləri bu ilin noyabrında keçirilməli idi.

XS
SM
MD
LG