Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Aprel 28, 2026Azərbaycan qızıl ehtiyatlarını niyə azaltdı?
-
Aprel 28, 2026Qarabağda tikintidə 'ən asan metod': qruntu çıxar, pulu sil
-
Aprel 28, 2026JEK-lər vətəndaşlardan pul tələb edə bilərmi
-
Aprel 27, 2026Əliyev Zelenskini Putinlə Azərbaycanda görüşdürə biləcəkmi?