Rusiya ilə Azərbaycan sərhədində yaranan qarşıdurma zamanı 90 azərbaycanlı saxlanıb. 10 nəfərə cinayət işi açılıb. Bu barədə Rusiyanın rəsmi informasiya agentliyi olan Ria novosti məlumat verir. Agentlik diplomatik mənbələrə istinadən yazır ki, yaxınlarda Azərbaycan nümayəndə heyətinin də Dağıstana səfəri gözlənir. İyunun 15-də Azərbaycan vətəndaşları ilə polis arasında qarşıdurmaya görə hakimiyyət nümayəndəsinin həyatına təhlükəli olan zorakılıq, başqasının əmlakına qəsdən zərər vurma ittihamları cinayət işi açılıb. Rusiya rəsmiləri hadisədə doqquz polis əməkdaşının xəsarət aldığını, beş xidməti avtomobilə ziyan dəydiyini bildirir.
Arxiv
-
Sentyabr 09, 2026Azərbaycanın Xəzər limanları təhlükədə - Su dayazlaşır
-
Sentyabr 08, 2026500 qoyunu olana 4 manat subsidiya: Bəs sadə kəndli neyləsin?
-
Sentyabr 08, 2026Əli Kərimlini kamerada yuxusuz qoyurlar? – Komitə sədri cavab verir
-
Sentyabr 07, 2026AZAL-ın təxirə salınan Naxçıvan reysləri: 'Çox böyük biabırçılıqdır'
-
Sentyabr 04, 2026Kinematoqrafçılar İttifaqında nələr baş verir? 'Azad düşüncəyə hücumdur'