Keçid linkləri

Təcili xəbərlər
2020, 29 Oktyabr, Cümə axşamı, Bakı vaxtı 03:58

Cəbhəçiyə 20 sutka verildiyi deyilir


“Aprelin 12-də polisin saxladığı Azərbaycan Xalq Cəbəsi Partiyasının (AXCP) fəalı Tofiq Məmmədova 20 sutka inzibati həbs cəzası verilib”

Bunu Azadlıq Radiosuna AXCP-dən bildiriblər.

“ Yasamal Rayon Məhkəməsinin qərarı ilə O, İnzibati Xətalar Məcəlləsinin 535-1-ci (polisin qanuni əmrinə tabe olmamaq) maddəsini pozmaqda təqsirli bilinib”,AXCP-dən qeyd ediblər.

Partiyadan ittihamı əsassız sayıblar.Oradan dünən, aprelin 12-də bildirmişdilər ki, hər mitinq ərəfəsində fəalların saxlanması bir növ adət halını alıb.

Amma bu deyilənlərə, hələlik, Daxili İşlər Nazirliyi və Yasamal Rayon Məhkəməsindən münasibət almaq mümkün olmayıb.

AXCP-nin daxil olduğu Milli Şura aprelin 20-nə mitinq təyin edib. Hələlik, Bakı Şəhər İcra Hakimiyyəti mitinq müraciətinə cavab verməyib. Milli Şuranın bundan öncə bir neçə aksiyasına «Sərbəst toplaşmaq azadlığı haqqında» Qanunun tələblərinin pozulması və sakinlərin narazılığı səbəb göstərilərək, razılıq verilməyib. Milli Şura cavabı əsassız sayıb.

Xatırlatma

AXCP bildirir ki, bu ilin əvvəlindən 50-dən çox fəalları inzibati hüquq pozmalarında günahlandırılaraq sutkalıq həbs ediliblər. Onlardan əlavə, cərimə edilənlər də var. AXCP onların siyasi fəaliyyətlərinə görə, şərləndiyini açıqlayıb. Amma hakimiyyət rəsmiləri də deyirlər ki, Azərbaycanda heç kim siyasi fəaliyyətinə görə təzyiqlərə məruz qalmır.

Multimedia

XS
SM
MD
LG