Keçid linkləri

Təcili xəbərlər
2019, 12 Dekabr, Cümə axşamı, Bakı vaxtı 15:44

Bu gündən təşviqat kampaniyası başlanır


arxiv foto

13 partiya, 42 minə yaxın namizəd

Bu ilki bələdiyyə seçkilərində 42 min namizəd mübarizə aparacaq. Onların arasında bitərəflərlə yanaşı 13 partiyanın da üzvləri də var. Mərkəz Seçki Komissiyasından belə deyiblər.

Hakim Yeni Azərbaycan, Azərbaycan Demokratik İslahatlar, Böyük Quruluş, Vətəndaş Birliyi, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Milli Dirçəliş Hərəkatı, Azərbaycan Demokrat Maarifçilik, Azərbaycan Sosial Demokrat, Ümid, Ana Vətən, Vətəndaş Həmrəyliyi, Vəhdət və Azərbaycan Respublikaçılar partiyalarının nümayəndələri qeydə alınıb.

1606 bələdiyyəyə 15156 bələdiyyə üzvü seçilməlidir:

Azərbaycanda bələdiyyə seçkiləri ilk dəfə 1999-cu ildən keçirilb.

2019-cu ildə keçirilməsi gözlənilən bələdiyyə seçkiləri sayca 5-ci olacaq.

Azərbaycan Xalq Cəbhəsi, Müsavat kimi müxalifət partiyaları bələdiyyə sekilərinə qatılmaqdan imtina ediblər. Onlar bələdiyyələrin səlahiyyətlərinin məhdud, maliyyə mənbələrinin az olduğunu bildirirlər.

***

Noyabrın 30-dan bələdiyyə seçkiləri ilə bağlı təşviqat kampaniyasına start verilir. Kampaniyada qeydə alınmış namizədlər, namizədi qeydə alınmış siyasi partiyalar, siyasi partiyaların blokları, vəkil edilmiş şəxslər, səlahiyyətli nümayəndələr iştirak edəcəklər.

Seçkiqabağı təşviqat səsvermə gününə 23 gün qalmış başlanır və səsvermənin başlanmasına 24 saat qalmış - dekabrın 22-də təşviqat kampaniyası dayandırılacaq.

Azərbaycanda bələdiyyə seçkiləri dekabrın 23-də keçiriləcək. 1606 bələdiyyəyə 15 min 156 üzv seçiləcək. Sonuncu bələdiyyə seçkisi 2014-cü il dekabrın 23-də keçirilib.

Şərhlər

Günün bütün mövzuları

XS
SM
MD
LG