Keçid linkləri

Təcili xəbərlər
2019, 18 Noyabr, Bazar ertəsi, Bakı vaxtı 21:32

Borca görə, 5 günə 33 şəxs saxlanıb


Həbsxana

Bu həftə 5 gün ərzində ( iyulun 29-dan avqustun 3-nə kimi) ölkədə borclu olduğuna görə, axtarılan şəxslərdən 33 nəfər saxlanıb.

Bu barədə Azaərbaycan Daxili İşlər Nazirliyinin saytı məlumat yayıb.

Saytdakı kriminal xronika bölməsində axtarışda olan borclu şəxslərin saxlanmasına dair də statistika yer alır. Həmin bölmədə yer alan məlumatlara görə, həftənin birinci günü, iyulun 29-da 7, 30-da 4, 31-də 8, avqustun 1-də 5, avqustun 2-də isə 9 belə şəxs saxlanıb.Saytda dünən, avqustun 3-nə aid statistika isə, hələlik, yer almayıb.

Saytın kriminal xronika bölməsində bundan əvvəlki həftələr ərazində də borca görə saxlanan şəxslərin sayı yer alır.

Xatırlama

Ədliyyə Nazirliyinin İcra baş idarəsindən verilən məlumata görə, ümumilikdə bu ilin 6 ayında 2.496 borclunun ölkədən getmək hüququ müvəqqəti məhdudlaşdırılıb.İdarədən vurğulanmasına görə, məhkəmə qərarını icra etmiş 8.210 şəxsin isə üzərindən əvvəllər qoyulmuş məhdudiyyət götürülüb . Bunun da ötən dövrlərlə müqayisədə 4 dəfə çox olduğu bildirilib.

Günün bütün mövzuları

XS
SM
MD
LG