Keçid linkləri

Təcili xəbərlər
2020, 27 Sentyabr, bazar, Bakı vaxtı 15:06

'Qətnamə sülhü zədələyə bilər'


Danny Danon, 14 mart 2016

BMT Təhlükəsizlik Şurası İsraildən qanunsuz yaşayış məskənlərinin inşasına son qoymağı tələb edib.

Bununla bağlı BMT Təhlükəsizlik Şurasında qətnamə qəbul edilib.

Qətnamənin lehinə Təhlükəsizlik Şurasının 14 üzvü səs verib. ABŞ bitərəf qalıb.

Qətnamə layihəsini Misir hazırlayıb.

Qətnamədə bildirilir ki, İsrail işğal altındakı Fələstin torpaqlarında yaşayış məskənlərinin inşasına son qoymalıdır. Tərəflər dinc əhaliyə qarşızorakılığın qarşısının alınması üçün addımlar atmalı, Fələstinin yekun statusu ilə bağlı danışıqlar başlamalıdır.

İsrailin Baş Nazirliyi bu qətnaməni rədd edib və şərtlərini yerinə yetirməyəcəyini bildirib.

İsrailin BMT-dəki səfiri Danny Dannonsa deyibki, Təhlükəsizlik Şurasın qətnaməsi sülhü zədələyəcək.

XS
SM
MD
LG