Keçid linkləri

Təcili xəbərlər
2020, 16 İyul, Cümə axşamı, Bakı vaxtı 20:16

5 günə borca görə, 130-a yaxın şəxs saxlanıb


Azərbaycan manatı

Son 5 gün ərzində Azərbaycanda 128 şəxs borclu qisimində saxlanıb.

Bu barədə rəqəmlər Azərbaycan Daxili İşlər Nazirliyinin ( DİN) saytındakı kriminal xronika bölməsində yer alıb. Həmin bölmədə əks olunan statistikaya görə, yanvarın 31-də 16, 30-da 29, 29-da 45, 28-də 17, 27-də isə 21 nəfər borca görə, saxlanaraq aidiyyəti üzrə təhvil verilib.

DİN-in saytında əvvəlki günlərə aid də eyni məzmunlu statistikaya rast gəlmək mümkündür.

Bundan əvvəlki həftənin 5 günündə ( 20-24 yanvar) isə 102 nəfərin borclu qisimdə saxlandığı açıqlanmışdı.

DİN-in saytında əksər günlər, o cümlədən həftə sonları da belə məlumatlara rast gəlmək mümkündür.

XS
SM
MD
LG