Keçid linkləri

2025, 06 Fevral, Cümə axşamı, Bakı vaxtı 22:38

Hansı daha çirklidir: Bakı, İstanbul, yoxsa Moskva?


►Bakı çirkli şəhərdirmi? Əhali “hə”, rəsmilər isə “yox” deyir

Dünyanın ekoloji problemlərə diqqət çəkməkdən ötrü qeyd etdiyi Beynəlxalq Yer günündə Bakıda güclü küləkli hava var.

Güclü külək əsirsə, şəhərdə gedən, yaxud yarımçıq qalan tikintilərin, addımbaşı təmirə dayanan binaların, qazılmış yolların qarşısından keçmək çətinləşir. Külək yoldan ötənləri toz-torpağa qoşub aparır.

Toz -dumandan gözünü aça bilməyən şəhər sakini Valeh Əmirov elə küləyin qumlu havada sürüklədiklərindən idi:

“Tozdan, qumdan ətrafa da baxa bilmirəm. Küləyin əsməsi normaldır. Ancaq bu üstüaçıq qum tayaları bizi birtəhər eləyir. Açıq-aşkar görünür ki, qaydalara riayət olunmur”.

“Tikintilərin qumu ciyərlərimizdədir”

Təmir-tikinti ərazilərindən keçən digər şəhər sakinləri də Valehin durumundaydı:

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

– Astma xəstəsiyəm. Adi günlər çətin nəfəs alıram, özüm xəstə, hava da tozlu. Bu küləkli gündə toz məni lap məhv eləyir.

– İllərdir şəhərdə bu problem var. Tikintilərin qumu ciyərlərimizdədir.

– Bayaqdan 15 dəqiqəlik yolu gedib başa çıxa bilmirəm. Qumdan, tozdan göz açmaq olmur.

– Onsuz da Bakının havası çirklidir. Külək əsəndə lap çətinləşir.

Ekoloqlar deyir ki, Bakının çirkli şəhər olmasının əsas səbəbləri şəhərdə maşınların çoxluğu, tikinti ərazilərində isə qaydalara əməl edilməməsidir.

Ekoloq: “Güclü nəzarət yoxdur”

Ekoloji Proqnozlaşdırma Mərkəzinin rəhbəri Telman Zeynalov bildirir ki, son illər tikinti gedən ərazilərdə tozun, qumun yayılmasının qarşısını almaq üçün torlardan istifadə olunur. Ancaq çox yerdə bu problem hələ də qalır:

“Bakıda çoxlu tikinti sahələri var. O sahələrdəki tozanaq da ətraf mühiti basır. Torpaqdakı bütün çirkablar, toksiki maddələr insanın nəfəsinə gedəndə bu və başqa xəstəliklər yaranır. Tozanağın yayılmaması məqsədilə tikililərin qarşısına tor çəkilməlidir. Bəzi yerlərdə tor çəkirlər, ancaq çəkilməyənlər də var. Buna güclü nəzarət olmalıdır. Bizdə o nəzarət zəifdir”.

Deputat: “Bakının çirklənməsi yuxarı səviyyədə deyil”

Parlementin ekologiya komitəsinin üzvü, deputat Fuad Muradovun fikrincə, Bakının çirklənmə səviyyəsi başqa şəhərlərlə müqayisədə yüksək deyil:

“Bizdə başqa ölkələrdən fərqli olaraq, külək bir çox hallarda tozun yayılmasını əngəlləməyə, bəlkə də, kömək edir. Düzdür, tozun səviyyəsi ağ ciyərlərə ziyan vurur. Ancaq texniki normaları həyata keçirməklə bunun qarşısını almaq olar. Bakıda maşınların sayı çoxalıb, bu da karbon qazının çəkisini artırır. Ancaq Bakıda, məsələn, Moskva, Tehran, İstanbulla müqayisədə çirklənmə səviyyəsi elə də yuxarı deyil. Faktiki olaraq, Bakı və ətrafında böyük istehsal zavodları yoxdur, dənizin yaxınlığı da çirkləndirmənin az olmasını şərtləndirir. Amma, təbii ki, neft istehsalçısı ölkəsi olaraq, bizim üçün bu məsələlər çox vacibdir. Ona görə hər zaman bu məsələni diqqətdə saxlayırıq”.

Havanın çirklənmə səviyyəsinin ölçülməsi, monitorinqlərin aparılmasını Ekologiya və Təbii Sərvətlər Nazirliyi həyata keçirir. Nazirlik əhalisi 200 mindən çox olan şəhərlərdə atmosferin çirklənməsi ilə bağlı monitorinq aparır.

Nazirlik: Bakıda vəziyyət qənaətbəxşdir

Nazirliyin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin direktor müavini Mətanət Avazova deyir ki, müşahidə məntəqələri ən çox Bakıdadır. 9 müşahidə məntəqəsi gündə üç dəfə keyfiyyətə nəzarət laboratoriyalarında hava nümunələrinin analizini aparır.

Gözlə

No media source currently available

0:00 0:00:38 0:00
Direct-ə keçid

Nazirlik rəsmisinin sözlərinə görə, 90-cı illərə qədər Bakıda hava çirklənməsi sanitar normalardan yuxarı olub. 90-cı illərdən sonra isə keçmiş Sovet İttifaqında sənayenin çökməsi və yeni texnologiyaların tətbiqi ilə bu göstərici sürətlə enib:

“80-90-cı illərdə Bakı nisbətən çirkli şəhər idi. Ancaq 90-cı illərdən bu yana belə deyil. Bakıda vəziyyət qənaətbəxşdir, havanın çirklənməsi normadadır. Bəzi aylarda, məsələn, yayda temperaturun artması, küləklərin zəifləməsi və nəmişliyin artması ilə bağlı bəzi günlər bu artımlar qeydə alınır. Ancaq orta illik qiymətləndirmə qənaətbəxşdir”.

Mətanət Avazova deyir ki, 2005-2008-ci illərdə Bakıda güclü “tikinti bumu” dönəmində tozun miqdarı ən çox küləkli günlərdə normadan yuxarı olurmuş. Ancaq 2008-ci ildən bu yana həm tikintidə ciddi normaların tətbiqi, həm yanacağın tərkibinin yaxşılaşması problemi yoluna qoyub.

Ancaq bu gün – 2016-cı ilin aprelin 22-də Bakı sakinləri yenə tikinti ərazilərindən qalxan toz-dumandan daldalanmağa yer axtarırdı.

2016-cı il Dünya Çirklənmə İndeksinə görə, Bakı şəhəri dünyanın 201 şəhəri arasında 189-cu yerdədir. Müqayisə üçün, dünya şəhərlərindən Nyu York 101-ci, Yerevan 104-cü, Moskva 108-ci, İstanbul 110-cu, Tbilisi 147-ci, Tehran 181-ci yerdədir.

Avropanın və eləcə də dünyanın ən çirkli şəhəri adını Makedoniyanın Tetovo şəhəri qazanıb. Siyahıda Bakı Avropanın ikinci ən çirkli şəhəridir.

Dünyanın ən təmiz şəhərləri isə Avstraliyanın Kanberra (1-ci), Yeni Zelandiyanın Vellinqton (2-ci) və Norveçin Trondheim (3-cü) şəhərləridir.

Buna da bax: Neft istehsalının səhiyyə fəsadları

Neft istehsalının səhiyyə fəsadları
Gözlə

No media source currently available

0:00 0:04:12 0:00
Direct-ə keçid

DİNLƏ: Günün əsas hadisələri AzadlıqLive proqramında (22 aprel)

Lavrov: "Ermənistan Kazan sənədini rədd etməyib"
ReAL sədri İlqar Məmmədovu buraxmaya bilərlərmi?

BAX: Günün əsas hadisələri Azadlıq Radiosunun TV proqramında (22 aprel)

Meydan TV ətrafında nə baş verir?

XS
SM
MD
LG