Azərbaycandan Avropaya son illər miqrasiya edənlərin durumu necədir?
Əvvəlcə ondan başlayaq ki, alman polisinin yaydığı məlumata görə, yanvarın 18-də, ölkənin şimal-şərqində, Borgholzhausen şəhərində, polislə azərbaycanlı ailə arasında qarşıdurma olub. Ailəni deportasiya etmək istəyən polis müqavimətlə üzləşib.
Polisin məlumatına görə, 49 yaşlı qadın, polisi hədələyib ki, onları deportasiya etsələr, özünə xəta yetirəcək. Qadın polisin silahını götürüb, havaya atəş açıb - özünü isə bıçaqla yaralayıb.
Buna da bax: UNESCO: 'Son 10 ildə Azərbaycanda 3 jurnalist öldürülüb'
Almaniyada yaşayan azərbaycanlı ictimai fəal, Qurban Ələkbərov deyir ki, çoxdandır ki, Azərbaycanla bağlı belə hadisə olmamışdı:
"Miqrantların müqaviməti başqa millətlərdə də olur. Amma bu formada belə müqavimət baş verməmişdi. Bu hadisədən sonra yerli bələdiyyənin rəhbəri də deyib ki, bütün hallarda biz onları deportasiya edəcəyik, yoxsa başqalarına pis nümunə ola bilər".
Almaniya polisinin məlumatına görə, qadın xəstəxanaya aparılıb, ailənin başqa üzvləri isə ərazidəki immiqrasiya idarəsinə köçürülüb, istintaq gedir.
Ümumilikdə Avropanın miqrasiya siyasəti son illər sərtləşib. Bu, Suriya müharibəsindən sonra, qaçqınların Avropaya axınından sonra baş verib.
Buna da bax: 'Söz və ifadə azadlığı ilə bağlı bütün yaxşı sözlər kağız üzərindədir'
BMT-nin məlumatına görə, təkcə Almaniyaya 2015-ci ildə müxtəlif ölkələrdən yarım milyona qədər miqrant sığınacaq üçün müraciət edib. Almaniya Avropanda ən böyük iqtisadiyyata malik ölkə sayılır.
Məsələ burasındadır ki, Suriya müharibəsi alovlanan dövrdə, Azərbaycanda da, neftin ucuzlaşmasından dolayı iqtisadi çətinliklər artdı. Üstəlik, 2014-cü ilin sonundan başlayaraq, hakimiyyəti tənqid edən ictimai və siyasi fəalların siyasi təqiblərə məruz qalması ilə bağlı şikayətləri də artıb. Bu illərdə Azərbaycandan da Avropaya, özəlliklə də Almaniyaya köçənlərin sayı çoxalıb.
Buna da bax: Məhkəmə müstəqil saytları blokladı [yenilənir]
Məsələn, 2012-ci ildə Azərbaycandan Almaniyaya sığınacaq üçün müraciət edən 2300 nəfərə yaxın idisə, 2016-cı ildə bu rəqəm 6 min nəfərə çatıb. Bu, Avropa Birliyinin statistika idarəsinin məlumatıdır.
Azərbaycanlılar Avropaya hansı əsaslarla gedirlər?
Almaniyada yaşayan azərbaycanlı Qurban Ələkbərov deyir ki, hazırda Almaniyada gerçək siyasi səbəbdən sığınacaq istəyən azərbaycanlıların sayı barmaqla sayılacaq qədərdir. Onun sözlərinə görə, mühacirlərin çoxu iqtisadi durumunu yaxşılaşdırmaq üçün gəlib, onların bir çoxu sənədini saxtalaşdırıb – özünü siyasi təzyiqə məruz qalmış kimi təqdim edir:
Buna da bax: 'Vəziyyət düşündüyümüzdən də ağırmış'
“Onu nəzərə almaq lazımdır ki, Almaniya iqtisadi səbəblərdən sığınacaq vermir. Siyasi səbəblərdən sığınacaq üçün isə bunu sübut etmək lazımdır. Məsələ burasındadır ki, Azərbaycanda dəllallar sənədləri saxtalaşdırır, bu insanlara verir. Görünür, bu dəllalların da arxasında kimlərsə durur, yoxsa onlar bu sənədləri belə saxtalaşdırıb uzun müddətli sata bilməzdilər”.
Azərbaycanlılar niyə xaricə getmək istəyir? Bu sualı Bakı sakinlərindən soruşmuşuq.
Buna da bax: Narazı vəkillər etiraz aksiyalarına başlamaq qərarı verib
Yeni Azərbaycan Partiyasından olan deputat Hikmət Məmmədov isə deyilənlərlə razılaşmır, deyir ki, Azərbaycanın iqtisadi durumu yaxşıdır, getdikcə də yaxşılaşır. Deputat deyir ki, hakim partiyanın gündəmində belə problem yoxdur:
“Mən Azərbaycanda miqrasiyanın olduğunu düşünmürəm. Dünyada qlobal inteqrasiya prosesi baş verir və insanlar bir ölkədən başqasına gedib gəlir. Müasir qloballaşma kontekstində kiminsə harasa getməsinə siyasi don geyindirmək, doğru deyil”.
Hazırda Almaniyada yaşayan azərbaycanlı jurnalist Röya Rəfiyeva deyir ki, ölkədən peşə fəaliyyətinə görə getməyə məcbur qalıb. O, 11 aydır ki, iki uşağı ilə birlikdə Almaniya şəhərlərinin birində, hökumətdən, siyasi qaçqın statusu almaq barədə müraciətinə cavab gözləyir:
Buna da bax: Jurnalistin anası: 'Müstəntiq dedi ki, o biri oğlunu, gəlinini də tutarıq...'
“Bilmirsən... Ölkədən çıxırsan, gəlirsən başqa bir yerə. Böyük ehtimalla səni yaxşı bir şey gözləmir. Bir məchula gəlirsən, sanki. Qorxu bu idi. Adaptasiya ola bilmirsən - qorxursan, hər şeydən qorxursan. Küçəyə çıxırsan, dil bilmirsən. Səni hara aparırlar, ora getmək məcburiyyətindəsən. Gəlirlər ki, çantanı yığışdır, sən harasa getməlisən”.
Röya Rəfiyeva deyir ki, hazırda Almaniyada olan azərbaycanlıların bir qismini Dublin protokolu ilə bağlı əziyyət çəkir - belə ki, onlar başqa Avropa ölkəsinə viza alır, oradan Almaniyaya keçir, amma ilk gəldikləri ölkə başqa olduğu üçün tez-tez Almaniya hökuməti onları geri - ilk gəldikləri ölkəyə qaytarır.
Buna da bax: Fikrət Hüseynli: Məni Əfqan kimi oğurlamaq istəyirlər
Avropa Statistikasının məlumatına görə, Azərbaycan vətəndaşları Almaniyadan başqa, Fransa, İsveçrə, Niderland Krallığı və Çexiya Respublikasına müraciət edirlər.