Keçid linkləri

Təcili xəbərlər
2020, 15 İyul, çərşənbə, Bakı vaxtı 12:09

Azərbaycanda Ramazan ayı başlayıb


Bakı,Təzə Pir məscidi, 2018

Bu gün, aprelin 25-dən Azərbaycanda Ramazan ayı başlayıb.

Qafqaz Müsəlmanları İdarəsindən ( QMİ) verilən məlumata görə, Ramazan ayının 1-i miladi təqvimlə aprelin 25-nə təsadüf edib.

Qurumun bundan əvvəl verdiyi fətvada da vurğulanırdı ki, Eydül-Fitr – Ramazan bayramı Şəvval ayının 1-i - Ayın görünməsindən asılı olaraq may ayının 24-nə təsadüf edəcək.

"Ramazan ayının başlanma və bayram günü tarixləri Azərbaycan Milli Elmlər Akademiyası Şamaxı Astrofizika Rəsədxanasının hesablamalarına əsasən müəyyən edilir" , deyə QMİ qeyd edirdi.

Amma bu təqvim müsəlmanların yaşadığı bəzi ölkələrdə isə fərqlidir.

Orucun mühüm əməllərindən biri sayılan fitrə zəkatının vaxtı Ramazan ayının son günüdür. QMİ Qazilər Şurasının qənaətinə görə, adambaşına 5-10 manat arası fitrə zəkatının imkansızlara verilməsi məsləhətdir.

Xatırlatma

İslam dininə görə, «Qurani-Kərim» Ramazan ayında nazil olduğundan bu ay müqəddəs sayılır. «Qurani-Kərim»də həmin ayda oruc tutmaq vacib bilinir. Oruc tutmaq xəstələr, səfərdə olanlar, hamilə və uşaq əmizdirən qadınlar, ahıllar istisna olmaqla, bütün müsəlmanlara tövsiyə edilib. Bu ayda mömin müsəlmanlar günün işıqlı vaxtlarında oruc tuturlar.

Oruc tutan insanlar iftara qədər (axşama qədər) yemək və su qəbul edə bilməzlər. Həmin müddətdə siqaret çəkmək, cinsi əlaqədə olmaq yasaqdır. Oruc tutan insanın yalan danışması, rüşvət alması, başqasının haqqını tapdalaması da İslam qaydalarına görə, xüsusilə günah sayılır.

XS
SM
MD
LG