Keçid linkləri

2024, 14 May, çərşənbə axşamı, Bakı vaxtı 21:34

Azərbaycan universitetlərinin dünyadakı reytinqi nə qədərdi? [video]


Azərbaycan universitetlərinin beynəlxalq reytinqi niyə aşağıdır?
Gözlə

No media source currently available

0:00 0:14:58 0:00

Azərbaycan universitetlərinin beynəlxalq reytinqi niyə aşağıdır? [A-Live]

Böyük Britaniyanın "Quacquarelli Symonds" şirkəti 2018-ci il üçün dünya universitetlərinin reytinqini açıqlayıb. Azərbaycandan bura iki universitet düşüb.

Xəzər Universiteti 701-750-ci, Bakı Dövlət Universiteti isə 801-1000-ci yerləri bölüşdürür..

Bakı Dövlət Universiteti ötən illə müqayisədə 100 pillə geriləyib, Xəzər Universiteti isə yerini qoruya bilib. Ermənistanla Gürcüstan siyahıda yer ala bilməyib. Xəzər Universitetinin rektoru Hamlet İsaxanlı deyir ki, bu yeri özləri üçün uğur sayır. Rektor reytinqi tərtib edənlərin seçim meyarları haqda bunları deyir:

Buna da bax:​ "Xəzər" universiteti dünya reytinqində 701-750-ci yerləri bölüşür

Hamlet İsaxanlı
Hamlet İsaxanlı

"Məsələn onlar necə edirlər. Akademik nüfuza əsaslanırlar. Bu nə deməkdir?! Əvvəlcə sizin yaxşı jurnallarda çap olunan məqalələrin sayına baxırlar. Bir də dünyadakı təhsil üzrə mütəxəssislərə müraciət edirlər ki, universitetləri sıraya düzsün. Daha sonra işəgötürənlərdən soruşurlar ki, siz bu universitetlərdən nə qədər razısız".

Hamlet İsaxanlının sözlərinə görə, Azərbaycandakı universitetlərinin əksəriyyətinin bu siyahıya düşməməsinin əsas səbəblərindən biri, ali məktəblərdə elmi nəşrlər üçün yetərli imkanların olmamasıdır. Halbuki, onun sözlərinə görə, beynəlxalq reytinq müəyyənləşdirərkən bu amil mühüm sayılır.

Buna da bax: 'Dövlət proqramı ilə xaricidə oxuyanların bir çoxu geri qayıtmayıb' - Media icmalı

Hamlet İsaxanlı deyir ki, regionun ən güclü universitetlərindən biri Tehran Universitetidir, onun hər bir müəlliminin ildə 2-3 məqaləsi dərc olunur, Azərbaycanda isə 15-20 müəllimə bir elmi məqalə düşür:

“Ona görə, mən yaxşı aliməm deyəndə, deyirlər ki, hansı beynəlxalq jurnalda dərc olunub sənin məqalələrin. Yaxşı danışmaq, yaxşı dərs demək hələ yaxşı alim demək deyil. Amma sən yaxşı məqalə yazanda Avropada da, Avstraliyada da hər yerdə bilirlər ki, sən necə alimsən. Alimin gücü gəlib məqaləyə çıxmalıdır”.

Azərbaycan hökuməti iki dəfə xaricdə təhsil üzrə dövlət proqramı yaradıb və maliyyələşdirib.

Buna da bax:​ Xaricdə təhsilə «olar-olmaz» məsələsi

Bakıda, Qərb universitetlərinə qəbul imtahanları təşkil edən şirkətlərdən birinin rəhbəri AzadlıqRadiosu-na deyib ki, xaricə getmək istəyən tələbələrin sayı artır.

Biz Bakı sakinlərindən soruşmuşuq ki, sizcə, azərbaycanlı gənclər niyə xaricdə təhsil almağa çox həvəslidirlər.

20 yaşlı Gülnaz Məmmədli Estoniyanın Tartu Universitetində biznes təhsili alır. O, Azərbaycanda ali məktəblərdən birində təhsilini yarımçıq qoyub, Tartuya gəlib. Gülnaz Məmmədli iki universitet arasındakı fərqdən danışır:

Tartu Universitetinin tələbəsi Gülnaz Məmmədli. Avqust 2017
Tartu Universitetinin tələbəsi Gülnaz Məmmədli. Avqust 2017

"Burda tələbəyə daha çox azadlıq verilir. Biz dərsə getməyə bilərik, belə bir imkanımız var. Orda daha çox tədbirlər keçirilir və s.".

Buna da bax:​ Təhsil krediti 25-28 faiz olanda... [video]

Amma Azərbaycan təhsili ilə bağlı deyilən iradlarla razılaşmayanlar da var. Məsələn, Milli Elmlər Akademiyasının Tarix İnstitutunun direktor müavini Cəbi Bəhramov deyir ki, o, beynəlxalq reytinq cədvəllərinə inanmır, hesab edir ki, belə cədvəlləri tərtib edən Qərb qurumları Azərbaycana qarşı ayrı-seçkilik edirlər:

“Mənim ölkəmin alimləri, bir Yusif Məmmədəliyevin ixtirası dünyanı faşizmdən xilas edib. Sovet təyyarələri onun kəşf etdiyi benzinlə alman təyyarələrini məhv elədi. İndi də mənə 820 milyard dollar zərbə deyib. 30 min şəhid vermişəm. Mənim ölkəm işğal altındadır. Azərbaycanın o qədər nailiyyətləri var ki! Biri də var gözü götürməmək”.

"Quacquarelli Symonds" şirkətinin siyahısında ilk üçlüyü ABŞ universitetləri tutur. Siyahıya Massaçusets Texnologiya Universiteti başçılıq edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG