Keçid linkləri

Təcili xəbərlər
2018, 25 Sentyabr, çərşənbə axşamı, Bakı vaxtı 22:58

Bankların xarici borcları artıb


Azərbaycan Mərkızi Bankı

Azərbaycanda fəaliyyət göstərən kommersiya banklarının xarici öhdəliklərinin həcmi bu il yanvarın 1-nə 7 milyard 224,8 milyon manat (təxminən 4,2 milyard dollar) təşkil edib.

"Report" Azərbaycan Mərkəzi Bankına (AMB) istinadən xəbər verir ki bu, ötən il dekabrın 1-i ilə müqayisədə 185,7 milyon manat və ya 2,64 faiz çoxdur.

Son 1 ildə isə bankların xarici öhdəlikləri 979,7 milyon manat (təxminən 570 milyon dollar) və ya 11,94 faiz azalıb.

Hesab edilir ki, xarici öhdəliklərinin dekabr ayında artması manatın məzənnəsinin zəifləməsi ilə bağlıdır. Milli valyuta ucuzlaşmaqda davam etdiyi üçün xarici öhdəliklərin bu ilin yanvar ayında da artım nümayiş etdirməsi proqnozlaşdırılır.

Günün bütün mövzuları

XS
SM
MD
LG