Keçid linkləri

Təcili xəbərlər
2018, 21 İyul, şənbə, Bakı vaxtı 17:30

Azərbaycan Avropaya gedən şikayətlərin sayına görə də irəlidədir


İnsan haqları.

Avropa İnsan Haqları Məhkəməsi (AİHM) 2016-cı ilin yekunları ilə bağlı hesabatını açıqlayıb. Azərbaycan hesabatda adı daha çox nəzərə çarpan 10 ölkədən biridir.

Avropa Məhkəməsinin saytı hesabatın tam mətnini yayıb.

Sənəddə bildirilir ki, hazırda Azərbaycandan daxil olan 1650 şikayət baxılmasını gözləyir.

Azərbaycan bu kateqoriyada 8-ci pillədə dayanır.

Buna da bax:​ Beynəlxalq orqanların qərarlarından Azərbaycan yayınmaqmı istəyir?

Azərbaycanla bağlı 16 qərar...

Lider ölkə isə Ukraynadır. Bu ölkədən daxil olmuş 18150 şikayət baxılmasını gözləyir. Macarıstandan 8950, Rusiyadan 7800, Rumıniyadan 7400, İtaliyadan 6200, Gürcüstandan 2100, Polşadan 1800, Ermənistandan isə cəmi 1600 şikayət baxılmalıdır.

AİHM 2016-cı ildə Azərbaycanla bağlı mahiyyəti üzrə 16 qərar qəbul edib. Hesabatda həmin qərarların hamısında hüquq pozuntusunun tanındığı qeyd olunur.

Buna da bax: Avropa Məhkəməsinin qərarlarına rəy veriləcək?

Rusiya ilə Azərbaycanı birləşdirən hüquq pozuntusu

Azərbaycanda ən çox azadlıq və toxunulmazlıq hüququnun pozulduğu qeyd olunur. 16 qərarın 10-da bu hüququn pozuntusu tanınıb.

2016-cı ildə ən çox qərar Rusiya ilə bağlı çıxarılıb - 228.

Azərbaycanda olduğu kimi Rusiyada da, daha çox azadlıq və toxunulmazlıq hüququnun pozulduğu bildirilir. 228 qərardan 153-də bu hüququn pozulduğu əksini tapıb.

AİHM ötən il Rumıniya ilə 86, Türkiyə ilə 88, Ukrayna ilə 73, Yunanıstan ilə bağlı isə 45 qərar qəbul edib.

Buna da bax:​ ‘Qış bulvarı’ Avropa məhkəməsində

Azərbaycandan şikayətlər ...

2016-cı ildə AİHM-ə göndərilən şikayətlərin statistikasına gəlincə, burda da Azərbaycanın adı qabarıq nəzərə çarpır. Şikayətlərin sayında artım var.

Ötən il Azərbaycandan Avropa İnsan Hüquqları Məhkəməsinə 333 şikayət daxil olub. Əvvəlki ildə isə bu göstərici 268 olub.

Ötən il AİHM-ə ən çox şikayət göndərilən ölkə Ukrayna olub - 8658 .

Türkiyədən 8308, Rumıniyadan 8204, Macarıstandan da 5569 şikayət göndərilib.

Buna da bax: NİDA-çı gəncin işi ilə bağlı hökumətə suallar gəlib

Ən çox pozulan hüquq - ədalətli məhkəmə...

Sənəddə Avropa İnsan Hüquqları Məhkəməsinin indiyədək Azərbaycanla bağlı mahiyyəti üzrə 122 qərar çıxardığı qeyd olunur. Həmin qərarlardan 118-də azı bir hüququn pozuntusu qeydə alınıb. Pozuntu olmayan qərar olmayıb.

2 işdə şikayətçi və dövlət iş üzrə dostcasına həll variantını seçiblər.

Ümumi statistikaya görə, Azərbaycanla bağlı işlərdə ən çox ədalətli məhkəmə araşdırması hüququ pozulub. 44 işdə belə pozuntu qeydə alınıb.

Sonrakı yerdə azadlıq və toxunulmazlıq hüququ gəlir. 34 işdə bu hüququn pozuntusu tanınıb.

Sənin fikrin

Şərhləri göstər

Günün bütün mövzuları

XS
SM
MD
LG