Keçid linkləri

2024, 09 May, Cümə axşamı, Bakı vaxtı 01:50

Beynəlxalq orqanların qərarlarından Azərbaycan yayınmaqmı istəyir?


Arxiv
Arxiv

Hüquq və azadlıqların müdafiəsi üzrə qərarların Azərbaycan tərəfindən icrasına dair qanun layihəsi hazırlanıb. Layihədə Azərbaycanın insan hüquq və azadlıqlarının müdafiəsi üzrə üzv olduğu dövlətlərarası orqanların qərarlarının icra edilməsinin mümkün olub-olmamasına baxılması məsələsi əksini tapıb.

Azərbaycan insan hüquq və azadlıqlarının müdafiəsi üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi, Avropa Şurası, BMT və digər bir neçə təşkilatın üzvüdür.

Bu yeni qanun nəyə xidmət edir? Avropa məhkəməsinin qərarlarının qarşısını almağamı? Belə bir qanuna Azərbaycanın qoşulduğu konvensiyalar imkan verirmi?

Müstəqil hüquqşünas Ələsgər Məmmədlinin sözlərinə görə, insan hüquq və azadlıqları dövlətlərin daxili işi deyil və dövlətlərin daxili hüquq çərçivəsində bu məsələyə baxılmır. Hüquqşünas deyir ki, bununla bağlı Azərbaycan beynəlxalq təşkilatlara qəbul olunduğu zaman həmin prinsipləri qəbul edib.

Ələsgər Məmmədli bildirir ki, belə bir qanun qəbul olunsa belə Avropa Məhkəmisinin qərarlarını dayandıracağını düşünmür. Onun sözlərinə görə, bunun üçün gərəkdir ki, Azərbaycan Avropa Şurasından çıxsın. Hüquqşünas deyir ki, Konstitusiyanın 151-ci maddəsinə görə beynəlxalq aktların hüquqi qüvvəsi daxili qanunlardan üstündür.

Ələsgər Məmmədli: "belə bir qanun qəbul olunsa belə..."
Gözlə

No media source currently available

0:00 0:03:08 0:00
Direct-ə keçid

Hüquq müdafiəçisi Əsabəli Mustafayev deyir ki, belə bir qanun Azərbaycanın beynəlxaq nüfuzuna xələl gətirəcək. Onun sözlərinə görə, hökumət bununla hansısa uğurlar əldə edə bilməyəcək.

Hüquq müdafiəçisi bildirir ki, Azərbaycan bu qanunla yəqin ki, müəyyən qərarların qarşısının alınmasına çalışacaq. Əsabəli Mustafayev deyir ki, hakimiyyət bu addımla Avropa Məhkəməsini nüfuzdan salmağa çalışsa da, bu səylər əbəsdir.

Əsabəli Mustafayaev: "hökumət bununla hansısa uğurlar əldə edə bilməyəcək"
Gözlə

No media source currently available

0:00 0:02:31 0:00
Direct-ə keçid

Milli Məclisin deputatı Fərəc Quliyev deyir ki, Azərbaycan beynəlxalq konvensiyaları qəbul edib və Azərbaycan qanunvericiliyi ilə həmin konvensiyalar arasında uyğunlaşma yaratmaq üçün bəzi dəyişikliklər etməyin lazım olduğunu bildirir.

Onun sözlərinə görə bu qanun layihəsi beynəlxalq təşkilatların qarşısındakı öhdəliklərdən yayınmaq məqsədi daşımır.

Fərəc Quliyev: "öhdəliklərdən yayınmaq məqsədi daşımır"
Gözlə

No media source currently available

0:00 0:00:39 0:00
Direct-ə keçid

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG