Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 22:35

Atəşkəs 39 dəfə pozulub


Azərbaycan əsgəri, 29 aprel 2016

Yanvarın 7-nə keçən gecə erməni silahlı bölmələri cəbhənin müxtəlif istiqamətlərində atəşkəs rejimini ümumilikdə 39 dəfə pozub. Qarşı tərəf iriçaplı pulemyotlardan da istifadə edib.

Xəbəri Müdafiə Nazirliyi yayıb.

Ermənistanın İcevan rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Qazax rayonu ərazisindəki adsız yüksəkliklərdə, Berd rayonunun Çinari və Ayqepar kəndlərində yerləşən mövqelərdən Tovuz rayonunun Ağbulaq, Ağdam və Əlibəyli kəndlərində yerləşən mövqelər atəşə tutulub.

İşğal altında olan Tərtər rayonunun Göyarx, Çiləbürt, Yarımca, Ağdam rayonunun Şuraabad, Yusifcanlı, Şirvanlı, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Horadiz, Cəbrayıl rayonunun Mehdili kəndləri yaxınlığında, həmçinin Goranboy, Tərtər, Xocavənd və Füzuli rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də Azərbaycan Silahlı Qüvvələrinin mövqelərinin atəşə tutulduğu bildirilir.

XS
SM
MD
LG