Keçid linkləri

2024, 06 Dekabr, Cümə, Bakı vaxtı 10:44

Usama Bin Laden-in keçmiş cangüdəni Almaniyada həbs edilib


Osama bin Laden
Osama bin Laden

Almaniya polisi Osama Bin Laden-in keçmiş cangüdənini həbs edib.

“Bild” qəzetinin yazdığına görə, bu iyunun 22-də baş verib.

Məlumata görə onun 42 yaşı var və Almaniya hökuməti onu öz ölkəsinə, Tunisə verməyə hazırlaşır.

Saxlanan şəxsin adı açıqlanmır.

O və ailəsi, Almaniya hökumətindən ayda 1200 avro yardım alırmış.

Polis onu Boxum şəhərində saxlayıb.O, hər gün polisə gedib qeydiyyatdan keçməli imiş.

Almaniyaya ilk dəfə 1997-ci ildə gəlib.Sonra Əfqanıstandakı düşərgələrdə təlim keçib,1999-2000-ci illərdə Bin Ladenin cangüdəni olub. 2008-ci ildə Almaniyada aylıq yardım hüququ alıb. Ailə üzvləri Almaniya vətəndaşlarıdır.

Terrorçu “Əl Qaidə” təşkilatının başçısı Osama Bin Ladenin özü 2011-ci il mayın 2-də ABŞ-ın Pakistanda apardığı xüsusi əməliyyat nəticəsində öldürülüb.

XS
SM
MD
LG