Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 04:08
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Vens: 'ABŞ-İran sazişi bir səhifə yarımdır'

ABŞ-nin vitse-prezidenti Cey Di Vens bildirib ki, prezident Donald Tramp İranla əldə olunmuş ilkin razılaşmanı iyunun 19-da keçiriləcək rəsmi imzalanma mərasimindən əvvəl ictimaiyyətə açıqlaya bilər. Bundan əvvəl Tramp müharibəyə son qoymağa yönəlmiş sazişin rəqəmsal formatda imzalandığını bəyan etmişdi.

Sazişin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində rəsmən imzalanacağı gözlənilir.

Vens "Fox News" telekanalına müsahibəsində vurğulayıb ki, razılaşma tamamilə konkret nəticələrə əsaslanır; İran sazişin şərtlərinə tam əməl edərsə, dondurulmuş vəsaitlərinə çıxış əldə edə biləcək.

"İranlılar davranışlarını dəyişməyincə və öhdəliklərinə əməl etməyincə bircə sent də almayacaqlar", – Vens aparıcı Şon Hennitiyə bildirib.

Vitse-prezident bundan əvvəl CNN-ə bildirib ki, ABŞ və İran arasında imzalanan anlaşma memorandumu "bir səhifə yarımdan" ibarətdir və "çox ümumi" sənəddir.

Çərçivə sazişi Vaşinqton və Tehrana daimi razılaşmanın əldə olunması, o cümlədən İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı mübahisələrin həlli üçün 60 günlük danışıqlar müddəti tanıyır.

ABŞ rəsmiləri iyunun 15-də bildiriblər ki, sazişin mətni 24-48 saat ərzində tam şəkildə ictimaiyyətə açıqlana bilər.

Tramp və Qalibaf virtual saziş imzaladılar

ABŞ və İran üç aydır davam edən müharibəyə son qoymaq və Hörmüz boğazını yenidən açmaq məqsədilə çərçivə sazişini elektron qaydada imzalayıblar.

Jurnalistlərə adlarının açıqlanmaması şərti ilə danışan rəsmilər deyiblər ki, ABŞ prezidenti Donald Tramp və vitse-prezident Cey Di Vens sazişi virtual formatda imzalayıblar. İran tərəfindən isə sənədə parlament sədri Məhəmməd Baqir Qalibaf imza atıb.

Sazişin rəsmi imzalama mərasiminin iyunun 19-da İsveçrənin Cenevrə şəhərində keçiriləcəyi gözlənilir.


ABŞ-İran razılaşması barədə xəbərlər xarici valyutaları və qızılı ucuzlaşdırıb

ABŞ və İran arasında Anlaşma Memorandumunun (MoU) imzalanmasına dair çərçivə razılaşması elan ediləndən sonra xarici valyutaların və qızılın qiymətləri düşüb.

ABŞ Prezidenti Donald Tramp iyunun 15-də sosial şəbəkədə paylaşımında bildirib ki, “İran İslam Respublikası ilə razılaşma artıq tamamlanıb”.

Bundan əvvəl ABŞ-İran razılaşmasının əsas vasitəçilərindən olan Pakistanın baş naziri Şahbaz Şərif açıqlamışdı ki, İran və ABŞ arasında imzalanma mərasimi iyunun 19-da Cenevrədə keçiriləcək.

AzadlıqRadiosunun Radio Fərda fars xidməti açıq bazarda valyuta məzənnələrini və qızıl qiymətlərini izləyən saytların məlumatlarına istinadla xəbər verib ki, iyunun 15-də ABŞ dollarının məzənnəsi 162 min tüməndən aşağı düşüb.

Bu, cəmi bir gün ərzində təxminən 10 min tümən ucuzlaşma deməkdir. Bundan əvvəl dollar təxminən 171 min tümən səviyyəsində ticarət olunurdu.

Radio Fərda-nın məlumatına görə, açıq bazarda digər xarici valyutaların dəyərində də azalma qeydə alınıb.

Hörmüz boğazından keçid rüsumu ilə bağlı qeyri-müəyyənlik qalır

Bu həftə imzalanması gözlənilən razılaşmanın bir hissəsi olaraq ABŞ İranın Hörmüz boğazından keçən gəmilərdən ödəniş almayacağını gözləyir. Bunu ABŞ-nin vitse-prezidenti Cey Di Vens iyunun 15-də deyib.

Vensin CNBC telekanalına müsahibəsi ilə eyni vaxtda ABŞ Prezidenti Donald Tramp yeni açıqlama verib. “Gəmilər Hörmüz boğazından çıxaraq hərəkətə başlayır, onların bir çoxu neftlə yüklənib. Onlar tam təhlükəsiz, etibarlı və problemsiz olan cənub marşrutu ilə hərəkət edirlər”, – Tramp iyunun 15-də sosial şəbəkədə yazıb.

Trampın bu iddiasını dərhal yoxlamaq mümkün olmayıb.

CNBC-nin Hörmüz boğazının ilk 60 gün və ya daha uzun müddət ərzində ödənişsiz açılması ilə bağlı İranla razılıq əldə olunub-olunmadığına dair sualını Vens belə cavablandırıb: “Bizim gözləntimiz odur ki, boğaz uzunmüddətli perspektivdə rüsumsuz fəaliyyət göstərəcək. Bu məsələni texniki danışıqlar zamanı dəqiqləşdirəcəyik”.

İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Bəqayi isə mətbuat konfransında deyib ki, “müəyyən müddət ərzində qarşı tərəfin addımlarına uyğun olaraq Hörmüz boğazında təhlükəsiz gəmiçiliyi təmin edəcəyik”.

“Həmişə demişik ki, keçid haqqı toplamaq niyyətində deyilik. Lakin təqdim edəcəyimiz xidmətlərə görə – naviqasiya xidmətləri, ətraf mühitin qorunması, mümkün gəmi sığortası və İranla Omanın göstərəcəyi digər xidmətlərə görə zəruri ödəniş mexanizmlərini hazırlayacaq və tətbiq edəcəyik”, – Bəqayi bildirib.

Davamı

XS
SM
MD
LG