Keçid linkləri

2026, 16 Aprel, cümə axşamı, Bakı vaxtı 20:41
Trampın İran blokadası dünyaya nə vəd edir
Gözlə

No media source currently available

0:00 0:02:58 0:00

Trampın İran blokadası dünyaya nə vəd edir

Canlı İran: ABŞ ilə danışıqlarda irəliləyiş var, ancaq fikir ayrılıqları qalır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

ABŞ və İsrail İranı vurdu

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb.

ABŞ və İsrail İranı vurdu
Gözlə

No media source currently available

0:00 0:00:41 0:00


"Azadlıq saatınız yaxındadır"

Sosial mediada videomüraciətində Tramp deyib ki, məqsədi "İran rejiminin yaratdığı təhdidləri aradan qaldıraraq Amerika xalqını qorumaqdır".

"Bu bəyanatı rahat çatdırmıram. İran rejimi öldürmək istəyir", – Tramp videoda deyir.

"Azadlıq saatınız yaxındadır", – Tramp aşkar şəkildə İran xalqına müraciətlə deyib.

İranda dekabrın sonu və yanvarda kütləvi etirazlar vaxtı Tramp Tehranı etirazçılara qarşı zorakılıq baş verərsə, hərbi addımlarla hədələmişdi.

Ötən il 12 günlük İran-İsrail münaqişəsinin sonunda ABŞ İranın nüvə obyektlərini bombalayıb. Tramp bundan sonra da Tehranın nüvə proqramını yenidən qurmağa çalışmaqda ittiham edib.

Bu həftə Cenevrədə ABŞ və İran arasında Tehranın nüvə proqramı ilə bağlı danışıqların üçüncü raundu başa çatıb. Növbəti raundun gələn həftə Vyanada keçiriləcəyi açıqlanıb.

Vaşinqton bu müddətdə hərbi qüvvələrini regiona cəmləyib. Dünyada ən böyük təyyarədaşıyan "USS Gerald R.Ford" gəmisinin fevralın 27-də İsrailə çatacağı gözlənirdi.

Bakı-Naxçıvan-Bakı avtobus reysləri dayandırılıb

Təhlükəsizlik məqsədilə İran İslam Respublikasının ərazisindən keçməklə reallaşan Bakı-Naxçıvan-Bakı avtobus reysləri fəaliyyətini dayandırıb.

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyindən AZƏRTAC-a bildirilib ki, yük nəqliyyat vasitələrinin isə İran-Azərbaycan sərhədindən keçməsi ilə bağlı hər hansı bir problem yaşanmır və məhdudiyyət tətbiq olunmur.

İranın "Tasnim" dövlət xəbər agentliyi yazır ki, prezident sarayının ərazisinə və Ali Lider Əli Xameneinin Tehrandakı iqamətgahına ən azı yeddi raket düşüb. "Reuters"in mənbəsinin məlumatına görə, Xamenei hücum zamanı paytaxtda olmayıb, onun təhlükəsiz yerə aparıldığı bildirilir.


Davamı

XS
SM
MD
LG