Keçid linkləri

2026, 25 İyun, cümə axşamı, Bakı vaxtı 05:38
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qrossi: 'İrandakı nüvə obyektlərinə səfər mütləq baş tutacaq'

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Avropa İttifaqından İrana sanksiya şərti: 'Davranışınızı dəyişin'

Avropa İttifaqının (Aİ) İrana qarşı sanksiyaları ləğv etməsi üçün Tehran öz davranışını əsaslı şəkildə dəyişməlidir. Bu barədə Avropa Komissiyasının sədri Ursula fon der Lyayen bildirib. O, iyunun 15-də Fransada G7 sammiti ərəfəsində keçirilən mətbuat konfransında danışıb.

"Sanksiyaların əsas prinsipi ondan ibarətdir ki, onların ləğvini nəzərdən keçirməzdən əvvəl real addımlar və dəyişikliklər görməliyik. Sanksiyalar davranışı dəyişdirmək məqsədilə tətbiq olunur. Əgər bu davranış etibarlı və yoxlanıla bilən şəkildə dəyişərsə, o zaman sanksiyaların ləğvi mümkün olar", - o vurğulayıb.

İran ilin əvvəlindən azı 40 nəfəri edam edib

2026-cı ilin əvvəlindən bəri İranda "milli təhlükəsizlik" ittihamları ilə azı 40 nəfər edam edilib. Bunu BMT-nin insan hüquqları üzrə ali komissarı Volker Türk bildirib. Edam edilənlər arasında ilin əvvəlində hökumət əleyhinə etiraz aksiyalarının 18 iştirakçısı da var.

V.Türk iyunun 15-də BMT İnsan Hüquqları Şurasındakı çıxışında "müharibə və amansız repressiyalar arasında qalan" İran xalqı ilə dərindən həmrəy olduğunu bəyan edib. Ali komissar Tehran hakimiyyətini yanvarda etirazların qanlı şəkildə yatırılmasından sonra vətəndaş azadlıqlarına qoyulan məhdudiyyətləri daha da sərtləşdirməkdə ittiham edib.

Bununla belə, Türk ABŞ və İran arasında yeni elan olunmuş sülh sazişini alqışlayıb. O bildirib ki, bütün tərəflər bu sazişin "tez və vicdanla" həyata keçirilməsi üçün çalışmalıdırlar.

Hüquq müdafiə təşkilatlarının məlumatına görə, İran edamların sayına görə dünyada yalnız Çindən geri qalır.

Pakistan ABŞ-İran anlaşmasına ev sahibliyi edəcək

Pakistanın baş naziri Şahbaz Şərif ölkəsinin ABŞ və İran arasında Anlaşma Memorandumunun imzalanma mərasiminə ev sahibliyi edəcəyini bəyan edib.

Şərif iyunun 15-də Pakistan parlamentinin aşağı palatasındakı çıxışı zamanı bildirib ki, "Allahın lütfü ilə" Pakistan iyunun 19-da Cenevrədə keçiriləcək bu tarixi mərasimə ev sahibliyi edəcək.

O əlavə edib ki, Tehran və Vaşinqton Livan da daxil olmaqla, bütün cəbhələrdə hərbi əməliyyatların dərhal və daimi şəkildə dayandırılması barədə yekun razılığa gəliblər.

ABŞ prezidenti Donald Tramp iyunun 14-də gecə bildirib ki, Yaxın Şərqdə döyüşlərin dayandırılması, Hörmüz boğazının yenidən açılması və ABŞ-nin İran limanlarına blokadasının aradan qaldırılması üçün çərçivə razılaşması əldə olunub.

Avropadan İrana sanksiya güzəşti: 'Ləğv etməyə hazırıq'

Böyük Britaniya, Fransa, Almaniya və İtaliya Vaşinqtonla Tehranın Yaxın Şərqdəki müharibəni dayandırmaq üçün elan etdiyi çərçivə razılaşmasını alqışlayıb. Avropa ölkələri bu addımın qarşılığında İrana bəzi sanksiyaları ləğv etməyə hazır olduqlarını bildiriblər.

"İranın öz nüvə proqramı ilə bağlı aydın və yoxlanıla bilən addımlar atmasına cavab olaraq, müvafiq sanksiyaları ləğv etməyə hazırıq. Bu imkandan yararlanmaq, müsbət dinamikanı qorumaq və uzunmüddətli diplomatik həllə nail olmaq üçün ABŞ, İran və regional tərəfdaşlarla intensiv işləyəcəyik", - dördtərəfli birgə bəyanatda deyilir.

Sənəddə həmçinin Tehranın hərbi ambisiyaları ilə bağlı qəti mövqe nümayiş etdirilib: "İran heç bir halda nüvə silahı əldə etməməlidir. Bu məqsədə nail olmaq üçün ABŞ, İran və Beynəlxalq Atom Enerjisi Agentliyi (BAEA) ilə sıx əməkdaşlıq etməyə hazırıq".

Davamı

XS
SM
MD
LG