Keçid linkləri

2026, 02 İyul, cümə axşamı, Bakı vaxtı 04:24
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.
ABŞ və İran prezidentləri rəsmi atəşkəs sazişini imzalayıblar.

Qətər İranın dondurulmuş 6 milyard dollarını qaytarır

ABŞ və İsrail fevralın 28-də səhər İrandakı hədəflərə zərbələr endirməyə başlayıb. İran buna İsrail və regiondakı digər ölkələrdə ABŞ bazalarına raket, həmçinin dron hücumları ilə cavab verib. Aprelin 8-də Pakistanın vasitəçiliyi ilə ABŞ və İran arasında iki həftəlik atəşkəs elan olunub, danışıqlara start verilib.

Prezident Əliyev İran səfirliyində olub

Prezident İlham Əliyev martın 4-də İran İslam Respublikasının Azərbaycandakı səfirliyində olub.

AZƏRTAC-ın xəbərinə görə, O, İranın Ali rəhbəri Seyid Əli Xameneinin və bir çox mülki şəxslərin həlak olması ilə əlaqədar başsağlığı verib.

Azərbaycan prezidenti matəm kitabına ürək sözlərini yazıb və səfirlə söhbət edib.

Prezident İlham Əliyev İran səfirliyində
Prezident İlham Əliyev İran səfirliyində


CPJ həbsdə olan jurnalistlərin təhlükəsizliyi ilə bağlı xəbərdarlıq edir

Jurnalistləri Müdafiə Komitəsi (CPJ) İranda həbsdə saxlanılan jurnalistlərin təhlükəsizliyi ilə bağlı ciddi narahatlığını bildirib. Qurum regionda artan gərginlik fonunda İran hakimiyyətini jurnalistləri dərhal və qeyd-şərtsiz azad etməyə çağırıb.

CPJ İranda azı 15 jurnalistin həbsdə olduğunu bildirir. İranlı-amerikalı Rza Vəlizadə, yapon jurnalist Şinnosuke KavaşimaMəhəmməd Zare Fuməni Tehrandakı Evin həbsxanasında saxlanılırlar.

İsrail ordusu bu həbsxananın yerləşdiyi ərazinin sakinlərinə oradan çıxmaq göstərişi verib. Bu isə Evindəki məhbusların təhlükəsizliyi sarıdan narahatlıqları artırır.

İnsan haqları qurumları, məhbus yaxınları Evin həbsxanasında şəraitin pisləşdiyini, ərzaq çatışmadığını deyirlər. Həbsxana rəsmilərinin müəssisəni tərk etməsi haqda da məlumatlar gəlir.

Davamı

XS
SM
MD
LG