Sosial media üçün diplom tələbi - Deputat Çin təcrübəsinə əsaslanır
Deputat Kamal Cəfərov Milli Məclisdə təklif edib ki, sosial mediaya daha bir məhdudiyyət qoyulsun: "Sosial şəbəkələrdə tibb, hüquq, maliyyə və ya təhsil sahəsində çıxış edənlərin rəsmi diplomu və ya lisenziyası olmalıdır. Çünki bəzi hallarda heç bir təhsili və ya lisenziyası olmayan bloqerlər sosial şəbəkələrdə cəmiyyəti çaşdıran kütləvi hüquqi və ya psixoloji məsləhətlər verirlər". Bu fikirlər uşaqların sosial mediaya çıxışını məhdudlaşdırmaq təşəbbüsündən sonra səslənib və müzakirələrə səbəb olub: bütün bunlar doğrudanmı cəmiyyətin maraqlarına, yoxsa hakimiyyətin öz siyasi mənafeyinə xidmət edir?