Azərbaycan həqiqətən 'orta güc'dürmü? – Prezident 'bəli' deyir, ekspert 'hələ yox'
"Bizim dünya miqyasında çox yüksək reputasiyamız, çox müsbət imicimiz var. Azərbaycan artıq dünyada orta gücə malik olan dövlət kimi tanınır". Prezident İlham Əliyev bu fikirləri kənd təsərrüfatı məsələlərinə həsr olunmuş müşavirədə səsləndirib. "III Respublika" Platformasının üzvü Araz Əliyev isə ölkənin hələlik bu statusda olmadığını hesab edir: "İqtisadi güc olmaq bizi Ermənistan və Gürcüstanla deyil, İran, Türkiyə, Almaniya kimi ölkələrlə müqayisə etməkdən keçir. Belə bir iqtisadiyyat yoxdursa, sülhyaratma missiyalarına sığınaraq "orta gücük" demək şişirtmədir". Ekspertin qənaətinə görə, Azərbaycan beynəlxalq münasibətlər sistemində "kiçik dövlət" statusundan "orta güc" statusuna keçid mərhələsindədir.