Yerevan Artsvaşen deyir, Bakı dörd kəndi istəyir — Ekspert: 'Ən real istiqamət Qazaxdır'
Ermənistanın baş naziri bildirib ki, onun ölkəsi eksklavlar məsələsinin həllində maraqlıdır, çünki "Artsvaşen (Başkənd) Ermənistan ərazisidir və hazırda Azərbaycanın nəzarəti altındadır". Azərbaycan tərəfi isə hazırda Qazaxda üç, Naxçıvanda isə bir eksklav kəndin qaytarılmasını tələb edir. İndiyədək tərəflər arasında olan 1000 kilometrlik müştərək sərhədin cəmi 13 kilometri razılaşdırılıb. Ekspertlər delimitasiya prosesinin yaxın vaxtlarda yekunlaşacağını real hesab etmirlər. Hərbi ekspert Səxavət Məmməd tərəflərin delimitasiyaya şimaldan başlamaq planını həmin istiqamətdə mübahisəli ərazilərin az olması ilə izah edir: "İndiki mərhələdə ən real istiqamət, faktiki olaraq, Qazax tərəfidir. Çünki burada Ermənistan anklavda yerləşən üç kəndi Azərbaycana qaytarmalıdır".
Arxiv
-
Avqust 13, 2026Azərbaycanda vergi cinayətləri niyə kəskin artıb?
-
Avqust 12, 2026Hər 100 manatın 51-i yeməyə gedir: 'Kasıblıq əlamətidir'