Abşeronda sakinlər narkotacirlərə qarşı barrikada qurdu
Keçmiş narkotik istifadəçisi deyir ki, əhalinin bu təşəbbüsünün səbəbi rəsmi mübarizənin adekvat olmamasıdır: "Bir narkoman səni digər narkomana calayır. Bakı kəndlərində konkret satıcılar belə bilinir. Polis kimin narkotik satıb pul qazandığını bilir. Mən elə yer tanıyıram ki, beş qapıdan üçü narkomandır. Bunu guya polis bilmir?".