Dövlət dini qurumlara pul ayırmalıdırmı?
Azərbaycanda dövlət büdcəsindən dini qurumlara maliyyə yardımının ayrılması dünyəvilik prinsipi və şəffaflıq ətrafında müzakirələr yaradıb. 2026-cı ildə ayrılan 6.3 milyon manat vəsaiti ekspert konstitusiyaya zidd hesab etsə də, deputat bunu dini icmaları kənar qüvvələrin təsirindən qorumaq üçün vacib addım kimi qiymətləndirir.