Keçid linkləri

Təcili xəbərlər
2021, 12 İyun, şənbə, Bakı vaxtı 19:16

Ağdama xüsusi nümayəndə təyin edilib


Emin Hüseynov

Ağdam rayonunun işğaldan azad edilmiş hissəsinə Azərbaycan prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bununla bağlı prezident İlham Əliyev mayın 24-də sərəncam imzalayıb.

Sərəncama əsasən, Emin Hüseynov Ağdam şəhəri daxil olmaqla bu rayonun işğaldan azad edilmiş hissəsində Azərbaycan Prezidentinin xüsusi nümayəndəsi təyin edilib.

Bundan əvvəl Prezidenti İlham Əliyev bu ilin yanvar ayında Aydın Kərimovu Şuşa rayonunda xüsusi nümayəndə təyin etmişdi.

Prezidenti İlham Əliyev bu il yanvarın 19-da İşğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndələri haqqında fərman imzamışdı.

Fərmana əsasən, işğaldan azad edilmiş ərazilərdə Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəlikləri təsis edilib.

Həmin rayonlarda icra hakimiyyətləri də ləğv edilmir.

Emin Hüseynov 2016-cı ildən 2018-ci ilə qədər maliyyə nazirinin müavini vəzifəsində çalışıb.

O, daha sonra Birinci vitse-prezident Mehriban Əliyevaya köməkçi təyin edilmişdi.

Xatırlatma

2020-ci ildə, 44 günlük İkinci Qarabağ müharibəsində Azərbaycan Dağlıq Qarabağ bölgəsinin bir hissəsinə (Şuşa şəhəri daxil )və ətraf 7 rayona (Agdam şəhəri və daha birçox kəndi daxil.

Rayonun bəzi kəndləri işğal edilməmişdi ) nəzarəti ələ alıb.

Onda 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, döyüşlər dayandırılıb, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib.

Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb.

1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

Şərhlər

XS
SM
MD
LG