Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 05:58

722 gündəlik yoluxma aşkarlanıb, 15 ölüm


COVID-19

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 722 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 1854 nəfər sağalıb.

Nazirlər Kabineti yanında Operativ Qərargahdan mayın 7-də yayılan məlumata görə, bu virusla bağlı analiz nümunələri müsbət çıxan 15 nəfər də vəfat edib.

Qurumdan bildirilib ki, indiyədək Azərbaycanda ümumilikdə 325407 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 302860-ı sağalıb, 4650-si vəfat edib, 17897 şəxs isə aktiv xəstədir.

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10686, indiyə qədər isə ümumilikdə 3311267 test icra olunub.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalicə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3.2 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG