Keçid linkləri

Təcili xəbərlər
2021, 15 May, şənbə, Bakı vaxtı 06:26

Neft Fondunun vəsaiti azalıb


ADNF

2021-ci ilin aprelin 1-ə olan məlumata görə, Azərbaycan Dövlət Neft Fondunun (ADNF) aktivləri 42 milyard 761.3 milyon ABŞ dollarına bərabərdir.

Fondun yaydığı məlumata görə, bu, 2021-ci ilin əvvəlinə nisbətən 1.84 faiz azdır. "Büdcə gəlirlərinin büdcə xərclərini üstələməsinə baxmayaraq, aktivlərin həcminin azalmasına səbəb qızılın qiymətinin düşməsi və investisiya portfelinin tərkibində yer alan əsas valyutaların məzənnələrinin ABŞ dollarına qarşı zəifləməsi olub", - açıqlamada yazılıb.

Amma 2020-ci ilin birinci rübünün sonuna nisbətən aktivlərdə artım var. Həmin vaxt ADNF-nin aktivləri 41 milyard 349.5 milyon ABŞ dollarına bərabər olub.

Xatırlatma

ADNF 1999-cu ildə yaradılıb. Fonda fəaliyyət göstərdiyi dövrdə 150 milyard dollar civarında vəsait daxil olub. Bu vəsaitin böyük hissəsinin büdcəyə transfert olunduğu və bir sıra layihələrə xərcləndiyi bildirilir.

XS
SM
MD
LG