Keçid linkləri

Təcili xəbərlər
2021, 13 May, Cümə axşamı, Bakı vaxtı 05:04

1213 gündəlik yoluxma aşkarlanıb, 21 ölüm 


Arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 1 213 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 2 104 nəfər sağalıb.

Bu məlumatı aprelin 30-da Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb. Qurumdan yayılan məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 21 nəfər də vəfat edib:

“İndiyədək ölkədə ümumilikdə 320 322 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 291 564 nəfər sağalıb, 4 538 nəfər vəfat edib, aktiv xəstə sayı 24220 nəfərdir”.

Rəsmi açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 12 692, ötən müddət ərzində isə ümumilikdə 3 253 878 test aparılıb.
Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 3,1 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

Şərhlər

XS
SM
MD
LG