Keçid linkləri

Təcili xəbərlər
2021, 14 May, Cümə, Bakı vaxtı 00:11

Eldar Quliyev vəfat edib


E.Quliyev

Kinorejissor, Azərbaycan Dövlət Mədəniyyət və İncəsənət Universitetinin Kino kafedrasının professoru Eldar Quliyev bu gün, aprelin 16-da vəfat edib.

O, bir müddət əvvəl xəstəxanaya yerləşdirilmişdi. Onun dəqiq ölüm səbəbi, hələlik, açıqlanmayıb.

E.Quliyev 1941-ci ildə Bakıda doğulub. O, 1960–1966-cı illərdə Moskvada Ümumittifaq Dövlət Kinematoqrafiya İnstitutunda təhsil alıb. 1967-ci ildən "Azərbaycanfilm" kinostudiyasında çalışırdı.

E.Quliyev "Bir Cənub şəhərində", "Ən vacib müsahibə", "Babək", "Nizami", "Gümüş göl əfsanəsi" və başqa bədii filmləri çəkib.

XS
SM
MD
LG