Keçid linkləri

Təcili xəbərlər
2021, 15 Aprel, Cümə axşamı, Bakı vaxtı 11:56

Qlobal iqtisadiyyat ‘yağışdan çıxıb’ nəyə düşəcək?


Arxiv fotosu

 Bu il üçün qlobal iqtisadiyyatın 4.7% artacağı proqnozlaşdırılır, bu, sentyabrdakı proqnozdan (4.3%) çoxdur

Yeni proqnozlar 2021-ci ildə daha güclü artım olacağını göstərir, amma bərabərsizlik, borclanma, sərmayə zəifliyi daha möhkəm gələcəklə bağlı ümidlərə təhdid yaradır. Bu haqda BMT-nin Ticarət və İnkişaf Konfransının (UNCTAD) martın 18-də yaydığı hesabatda söz açılır.

Bu il üçün qlobal iqtisadiyyatın 4.7% artacağı proqnozlaşdırılır, bu, sentyabrdakı proqnozdan (4.3%) çoxdur. Səbəb isə Birləşmiş Ştatlarda daha güclü bərpanın getməsidir – vaksinasiya sürətləndirilir, 1.9 trilyon dollarlıq yardım paketinin isə istehlakçı xərcləmələrini artıracağı gözlənir.

Amma bütün bunlarla belə, bu ilin sonunadək qlobal iqtisadiyyatın 10 trilyon dollar əskiyi olacaq, yəni pandemiyadan öncəki tendensiya ilə müqayisədə. Daha möhkəm gələcək ritorikasının arxasındakı reallıq sarıdan narahatlıq isə artmaqdadır.

“Dərin və dağıdıcı resessiyadan sonra yanlış olaraq sərt tədbirlərə qayıdış qlobal proqnozumuza əsas riskdir”, – “Yağışdan çıxıb... oda düşmək?” adlı hesabatda deyilir.

Şərhlər

XS
SM
MD
LG