Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 04:12

Qazaxıstanlı DJ Qremmi aldı


İmanbek Zeykenov

20 yaşlı qazaxıstanlı DJ və səs rejissoru 2020-ci il Qremmi mükafatına layiq görülüb. O, Orta Asiyadan, eləcə də keçmiş sovet məkanından qeyri-klassik kateqoriya üzrə Qremmi almış il şəxsdir.

İmanbek Zeykenov Qazaxıstanın şimalındakı Pavlodar regionundandır.

63-cü Qremmi mükafatları martın 14-də Los Ancelesdə təqdim olunub.

Zeykanov mükafatı reper Saint Jhn-in “Roses” mahnısının remiks versiyasına görə alıb.

Koronavirus pandemiyasına görə təltifetmə mərasimində öncədən yazılmış ifalar səsləndirilib. İştirakçılar maska taxaraq kiçik dəyirmi masalar arxasında məsafəli şəkildə oturublar.

Teylor Svift daxil olmaqla dörd qadın ali mükafatları alıb. Beyons isə 28-ci dəfə qalib olmaqla Qremmi tarixində ən çox mükafat almış qadın olub.

XS
SM
MD
LG