Keçid linkləri

Təcili xəbərlər
2021, 20 Aprel, çərşənbə axşamı, Bakı vaxtı 21:59

Gündəlik  yoluxma 700-ü keçdi


Xəstəxana, arxiv foto

Son gündə Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 733 yeni yoluxma faktı qeydə alınıb, virusa yoluxanlardan 265 nəfər sağalıb .

Bu məlumatı martın 13-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxan 8 nəfər də vəfat edib:

“Azərbaycanda indiyədək ümumilikdə 239 692 nəfər koronavirus infeksiyasına yoluxub. Onlardan 230 726 nəfər sağalıb, 3 276 nəfər vəfat edib, aktiv xəstə sayı 5 690 nəfərdir”

Qərargahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 10 470, hazırkı dövrədək isə ümumilikdə 2 701 181 test aparılıb.

Rəsmi qurumların məlumatına görə, Azərbaycanda evdə də müalcə alan koronavirus xəstələri var.
Son həftəllər Azərbaycanda gündəlik həm bu vurusa yoluxmanın, həm də onlar arasında ölümün artdığı bildirilir. Dünən, martın 12-də bu virusa 576 yeni yoluxma faktının qeydə alındığı açıqlanmışdı.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib. 2020-ci il martın 11-də Dünya Səhiyyə Təşkilatı koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusdan indiyə qədər 2,6 milyondan çox şəxsin vəfat etdiyi açıqlanıb.

XS
SM
MD
LG