Keçid linkləri

Təcili xəbərlər
2021, 21 Aprel, çərşənbə, Bakı vaxtı 02:53

'Sovetski'dən köçürülənlər pul istəyirlər


'Sovetski' sakini: 'Hara çıxarırsan məni? Razı salmısan?'
Gözlə

No media source currently available

0:00 0:01:47 0:00

'Sovetski' sakini: 'Hara çıxarırsan məni? Razı salmısan?'

Bu gün, martın 4-də Bakının "Sovetski" deyilən ərazisinin keçmiş sakinləri Nazirlər Kabinetinin qarşısında etiraz aksiyası keçiriblər.

2014-cü ildən evlərindən köçürüldüklərini söyləyən sakinlər illərdir şikayət və tələblərinə baxılmadığını, aldadıldıqlarını iddia ediblər. Onların sözlərinə görə, yaşadıqları evlərin sahəsi düzgün hesablanmayıb, kompensasiyalar tam məbləğdə ödənilməyib. Üstəlik, vurğulamalarına görə, həyət sahələri üçün vəsait ayrılmayıb, ailə üzvlərinin sayı nəzərə alınmayıb.

"Hüquqlarımızın bərpasını istəyirik. Haqqımızı yeyən məmurlardan halal pulumuzu tələb edirik. Şəhərin mərkəzindən, ata-baba yurdundan uzaqlaşdırılmışıq, barı mülkiyyətimizin dəyərini tam ödəsinlər, özümüzə münasib ev ala bilək. Kirayədə yaşamaqdan bezdik",-şikayətçilərdən biri belə deyib.

Şikayətçilər kömək üçün prezidentə müraciət ediblər.

"Evimizi əşyalar içində uçurdular"
Gözlə

No media source currently available

0:00 0:02:38 0:00

Koronavirus pandemiyası dövründə karantin qaydalarına görə dövlət qurumlarında vətəndaşların kütləvi qəbulunun dayandırıldığını bildirən və özünü Nazirlər Kabinetinin məsləhətçisi kimi təqdim edən şəxs etirazçıların yanına gələrək onların ərizə və şikayətlərini alıb.

Polis vətəndaşları ərazidən uzaqlaşdırıb.

Məsələyə, hələlik, Daxili İşlər Nazirliyi və başqa rəsmi qurumlardan münasibət öyrənmək mümkün olmayıb.

"Sovetski"nin keçmiş sakinləri bundan əvvəl də müxtəlif dövlət qurumları qarşısında belə toplaşıblar. Onlara şikayətlərinin araşdırılacağı vədinin verildiyi açıqlanıb.

Xatırlatma

Bakının "Sovetski" deyilən ərazisinin sökülməsinə 2014-cü ildən başlanıb. 26 hektardan çox sahəni əhatə edən ərazidə 4 min 500-ə yaxın yaşayış və qeyri-yaşayış obyektləri bir çox hallarda sakinlərlə əldə edilmiş razılığa əsasən satın alınıb, sökülüb.

İkinci mərhələdə isə min 920 evin söküldüyü bildirilir. Bu zaman söküntü işlərinin təqribən 13 hektar ərazini əhatə etdiyi qeyd olunur.

Amma hər iki mərhələdə kompensasiyanın məbləği ilə (hər kvadrata 1500 manat ödənilirdi) razılaşmayan, söküntüyə dirəniş göstərən ailələr də olub. Onlar müxtəlif dövrlərdə aksiyalar da keçiriblər. Bununla bağlı bir sıra şikayətlər hətta Avropa İnsan Hüquqları Məhkəməsinə də göndərilib.

XS
SM
MD
LG