Keçid linkləri

2024, 23 May, Cümə axşamı, Bakı vaxtı 07:58

Dünyanın ən yanlış anlaşılan romanı


"Böyük Qetsbi" filmindən (2013) kadr
"Böyük Qetsbi" filmindən (2013) kadr

Bizim dövrümüzdə F.Skott Fitsceraldın qəhrəmanı Cey Qetsbi şampan şərabı fontanları və bitməyən ziyafətlərlə assosiasiya olunur. Populyar mədəniyyət bu personajın adını aid olduğu mətndən qopararaq dəbdəbəli həyat və maddiyyat dünyasına atıb. İndi biz bu adı daşıyan yaşayış komplekslərini, kosmetik vasitə və məhdud sayda buraxılan odekolonları, mebel əşyaları və otelləri görə bilərək. Hətta Qetsbi sendviçi belə var imiş.

BBC-nin "ədəbiyyat" rubrikasında dərc edilmiş məqalədə deyilir ki, əvvəlki adı Ceyms Qets olan bu personajın kimliyi, əslində, çox mürəkkəbdir. O, təkcə dəbdəbəli qonaqlıqlar təşkil edən zəngin adam deyil, həm də qaçaqmalçı, boğaza qədər cinayət dünyasının içində olan və, üstəlik, onunla münasibətlərə son qoymuş qadını izləyən bir adamdır. Əgər bu personaj "Amerika arzusu"nun təcəssümüdürsə, o, həm də bu arzunun məhdudiyyətlərini əks etdirir. Çünki bu şəxsin sonunun mənasız və zorakı bitəcəyi əvvəldən məlumdur.

Yazıçı öləndə nüsxələr satılıb qurtarmamışdı

Böyük Qetsbinin hekayəsi elə əvvəldən düzgün başa düşülməyib. 1925-ci ildə əsərin çapdan çıxmasından az sonra Fitscerald dostu Edmund Uilsona gileylənirdi ki, "bütün rəylərin, hətta entuziazmla dolu olanların belə birinin də kitabın nə haqda olması barədə cüzi də olsa, anlayışı yoxdur". Edit Uorton kimi yazıçı həmkarları bu əsəri çox bəyənirdi. Ancaq kitab ümumilikdə yaxşı satılmırdı. Yazıçının vəfat etdiyi 1940-cı ildə hələ az tirajla çıxmış ikinci nəşrin nüsxələri satılıb qurtarmamışdı.

Ancaq ABŞ ordusunun bu kitabı əsgərlərə hədiyyə kimi seçməsindən sonra Qetsbinin taleyi dəyişdi. İkinci Dünya müharibəsi ərəfəsində kitabın 155 min nüsxəsi gecələr oxunmaq üçün Xüsusi Silahlı Xidmətlər Bölməsinin əsgərlərinə paylandı. 1950-ci illər ərəfəsində isə "Amerika arzusu" ideyasının böyüməsi kitabı daha aktual etdi. 1960-cı illərdə isə onu tanımayan yox idi. O zamandan bəri bu əsərin populyar mədəniyyətə təsiri o qədər güclü olub ki, kitabı oxumayan adamlara da elə gəlir ki, onu oxuyublar. Əlbəttə, bu iş Hollivudun rolu olmadan ötüşməyib.

Müəllif hüquqları bitir

1974-cü ildə ssenari müəllifi Frensis Ford Koppola olan filmdə baş rolu Robert Redford ifa edirdi. Bundan bir neçə il sonra, 1977-ci ildə ingiliscə ilk dəfə "Gatsbyesque" – "qetsbivarı", "qetsbisayağı" ifadəsi qeydə alınıb.

Son onillikdə bu əsər əsasında Baz Lurmanın 2013-cü ildə çəkdiyi film də daxil olmaqla, çoxsaylı qrafik romanlar, müzikllər və teatr tamaşaları yaradılıb.

BBC-nin məqaləsində deyilir ki, bundan sonra belə əsərlərin sayının daha da artacağı gözlənilir. Səbəbsə bu ildən etibarən romanın müəlliflik hüquqlarının bitməsidir. Artıq hər kəs əvvəllər bu hüquqların məxsus olduğu adamlardan icazə istəmədən əsərdən yararlana biləcək. Artıq böyük büdcəli televiziya serialları çəkilməkdədir.

Maykl Farris Smitin yeni çıxmış "Nick" romanı bu baxımdan çox maraqlıdır. Əsərin qəhrəmanı, təbii ki, Qetsbinin hekayəsini nəql edən Nik Kerraueydir. Smit hələ gənc yaşlarında əsəri oxuyan zaman müharibədən qayıtmış və çox dəyişmiş Nik haqda düşünür. Özünə sual verir ki, görəsən, bu Nik necə adamdır və necə olub ki, o, təkcə ətrafdan deyil, hətta öz mənindən belə qopuq düşüb.

Qetsbi ilə aramızdakı vasitəçi

Smit yalnız 40 yaşlarında, artıq bir neçə kitabı çap olunmuş yazıçı olduğu dövrdə Nikin baş qəhrəman olduğu bu romanı yazıb. Romanın çapı məhz sözügedən müəllif hüquqları məsələsinə görə 2021-ci ilə qalıb.

Smit hesab edir ki, Kerrauey Fitsceraldın romanının hələ də oxunmasının əsas səbəbidir. "Bəlkə Qetsbinin nəsildən-nəslə mənalı qalmasını təmin edən sampan və rəqslər deyil, bəlkə bu bizim harada olduğumuzu anlamağa çalışmağımızdır, bəlkə istənilən an nəyinsə dağıla biləcəyi hissidir", – o deyir.

Amerika ədəbiyyatı eksperti, Uelsli Kollecinin ingilis dili professoru Uilyam Keyn də Nikin romanın zənginliyinin başa düşülməsindəki nəhəng rolunu qeyd edir. O deyir ki, Fitscerald Kerraueyi Qetsbi ilə bizim aramızda vasitəçi kimi seçib. Onun sözlərinə görə, biz Qetsbiyə məhz Nikin perspektivindən və onun Qetsbi ilə ziddiyyətli münasibətləri prizmasından yanaşıb onu anlamağa çalışırıq.

Maraqlıdır ki, bu romanı ömrünün müxtəlif dövrlərində oxuyan adamlar hər dəfə fərqli hisslər yaşayır, onu hər dəfə fərqli əsər kimi qəbul edirlər. Bir insan bu romanı yeniyetmə ikən, daha sonra 27 və 45 yaşlarında oxuyan zaman özünü hər dəfə yeni bir əsər oxumuş kimi hiss edir.

AzadlıqRadiosu Jurnalistika üzrə Təqaüd Proqramı elan edir

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG