Keçid linkləri

Təcili xəbərlər
2021, 08 Mart, Bazar ertəsi, Bakı vaxtı 14:10

Kabildə 4 hökumət işçisi öldürülüb


Arxiv fotosu

Son aylar Əfqanıstanda hökumət işçiləri, fəallar və jurnalistlərə sui-qəsdlər çoxalıb. Bu arada ölkədə müharibəyə son qoyulması üçün cəhdlər də olunur

Əfqanıstan rəsmiləri paytaxtda hökumətdə işləyən dörd nəfərin naməlum silahlılar tərəfindən güllələndiyini deyirlər.

Kabil polisinin sözçüsü Firdovs Fərəmərz jurnalistlərə bildirib ki, silahlılar Kəndlərin Bərpası və İnkişafı Nazirliyinin işçilərini daşıyan avtomobilə atəş açaraq dörd nəfəri qətə yetirib

İstintaq gedir.

Son aylar Əfqanıstanda hökumət işçiləri, fəallar və jurnalistlərə sui-qəsdlər çoxalıb. Bu arada ölkədə müharibəyə son qoyulması üçün cəhdlər də olunur.

Əfqanıstan və ABŞ rəsmiləri zorakılıq dalğasına görə Talibanı suçlayır, ancaq qruplaşma ittihamı rədd edir.

Ölkədə həm Taliban, həm də İslam Dövləti silahlıları fəaldırlar.

Sentyabrda Qətərdə Talibanla Əfqanıstan hökuməti arasında gedən danışıqlar isə dalana dirənib.

Şərhlər

XS
SM
MD
LG