Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 03:29

Yataqxanada yanğın olub, ölən var


Yanğınsöndürən maşın. Foto arxiv

Sumqayıtda məcburi köçkünlərin məskunlaşdığı yataqxanada yanğın baş verib.

Bu barədə fevralın 8-də Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Məlumata görə, Sumqayıt şəhərində məcburi köçkünlərin məskunlaşdığı dördmərtəbəli mansarda tipli yataqxanada yanğın olub. Binanın mansardasında taxta konstruksiyalardan ibarət bir otağın 15 m² sahədə yandığı, bir nəfərin həlak olduğu bildirilir: "...Həyata keçirilən təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğının yayılmasının qarşısı alınıb. Binanın qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır".

Qarabağ münaqişəsi nəticəsində yüz minlərlə insan köçkün həyatı yaşayır. Bu münaqişə Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi. Amma 2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində yenidən ağır döyüşlər başlayıb. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf yeddi rayona nəzarəti ələ alıb. Həmin il 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, həmçinin, Laçın dəhlizində və qoşunların təmas xəttində Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Hələlik, azad edilən ərazilərə köçkünlər qaytarılmayıb. Ərazidə mina təmizləmə işləri aparılır.

XS
SM
MD
LG