Keçid linkləri

Təcili xəbərlər
2021, 07 Mart, bazar, Bakı vaxtı 04:21

Ölən hərbçilərin sayı 2855-ə çatıb


Azərbaycan artilleriyası

Azərbaycan Müdafiə Nazirliyi (AMN) yanvarın 18-də İkinci Qarabağ müharibəsində həlak olan hərbi qulluqçuların sayı ilə bağlı yeni məlumat yayıb.

Məlumata görə, Azərbaycan Silahlı Qüvvələrinin Vətən müharibəsində həlak olan hərbi qulluqçularından yanvarın 18-dək 2855 nəfər dəfn edilib. Onların, eləcə də itkin düşmüş hesab olunan 50 nəfərin foto şəkilləri, adları, soyadları, hərbi rütbəsi və doğum tarixi haqqında məlumat təqdim olunur.

AMN ötən il dekabrın 3-də isə bildirmişdi ki, 44 günlük savaşda bu ölkənin silahlı qüvvələrinin 2783 nəfər hərbi qulluqçusu həlak olub. 100 nəfərdən artıq hərbçinin itkin düşmüş hesab olunduğu, 1245 nəfərin isə tibb müəssisələrində müalicəsinin davam etdiyi bildirilirdi.

Son aylar da cəbhə bölgəsində atəşkəsin pozulması ilə əlaqədar bəzi hərbçilərin həlak olduğu və yaralandığı açıqlanıb. 10 civarında hərbi qulluqçunun isə əsirlikdən qaytarıldığı vurğulanıb.

Xatırlatma

2020-ci il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. 44 günlük bu müharibə və sonrakı razılaşma nəticəsində Azərbaycan Dağlıq Qarabağın bir hissəsinə və ətraf 7 rayona nəzarəti ələ alıb. 10 noyabr razılaşmasına (Azərbaycan, Ermənistan və Rusiya rəhbərləri arasında) əsasən, Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib. Keçmiş Dağlıq Qarabağ Muxtar Vilayətinin çox hissəsinin tanınmayan qurumun və Rusiya sülhməramlılarının nəzarətində qaldığı bildirilir.

Müasir mərhələdə Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər (Birinci Qarabağ Müharibəsi) Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi

XS
SM
MD
LG