Anar Qabil oğlu Kərimov Azərbaycanın Mədəniyyət naziri vəzifəsinə təyin edilib. Bu barədə Prezident İlham Əliyev yanvarın 5-də sərəncam imzalayıb.
Dövlət başçısının digər sərəncamı ilə o, Mədəniyyət nazirinin birinci müavini vəzifəsindən azad edilib.
Xatırlatma
Bundan əvvəlki Mədəniyyət naziri Əbülfəs Qarayev 2020-ci il mayın 21-də həmin vəzifədən azad edilmişdi. Buna qədər isə Dövlət Təhlükəsizliyi Xidməti mayın 8-də Mədəniyyət Nazirliyində əməliyyat keçirmişdi. Orada bəzi rəhbər şəxslər mənimsəmə və başqa ittihamlarla həbs edilmişdilər. Həmin şəxslərin məhkəmə istintaqı, hələlik, keçirilməyib. Onların ittihamlara münasibətini öyrənmək mümkün olmayıb.