Keçid linkləri

Təcili xəbərlər
2021, 22 Yanvar, Cümə, Bakı vaxtı 05:29

Hərbi vəziyyətin ləğvi gözlənir


Milli Məclis

Milli Məclisin dekabrın 11-də keçiriləcək növbəti iclasında prezident İlham Əliyevin bu il dekabrın 12-də saat 00:00-dan hərbi vəziyyətin ləğv olunması haqqında fərmanının təsdiq edilməsi barədə bu qurumun qərarına baxılacaq.

Bu barədə Azərbaycan Milli Məclisinin mətbuat xidməti məlumat yayıb.

İclasda bununla yanaşı, Hesablama Palatasının sədrinin təyin edilməsi barədə məsələ müzakirə olunacaq. 2013-cü ilin noyabrından Azərbaycan Respublikasının Hesablama Palatasına Vüqar Gülməmmədov rəhbərlik edir. Bu qurum 2001-ci il dekabrın 7-dən fəaliyyət göstərir.

Habelə, bir sıra qanun və məcəllələrə dəyişikliklər layihəsinin də müzakirəyə çıxarılacağı gözlənir.

Azərbaycanda sentyabrın 28 -dən hərbi vəziyyət və komendant saatı tətbiq edilib.

44 günlük savaş

Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni, Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.

Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.

Xatırlatma

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.

XS
SM
MD
LG