Keçid linkləri

Təcili xəbərlər
2021, 23 Yanvar, şənbə, Bakı vaxtı 16:15

Merkelin Berlindəki iqamətgahına avtomobil çırpılıb


Hadisə yeri

Yanlarına şüarlar yazılmış avtomobil Almaniya Kansleri Angela Merkelin Berlindəki iqamətgahının darvazasına çırpılıb.

“Sürücünün bunu qəsdən edib-etmədiyini araşdırırıq. O saxlanıb”, – Berlin polisi noyabrın 25-də tvitində yazıb.

İnsidentin sosial mediada yayılmış görüntülərində polis əməkdaşlarının avtomobilə baxış keçirdiyi görünür. Maşının bir tərəfində “Qlobalizasiya Siyasətini Dayandırın”, digərində isə “Siz uşaqların və yaşlıların lənətə gəlmiş qatillərisiz” sözləri yazılıb.

İnsident zamanı Merkelin binada olub-olmadığı bəlli deyil. Noyabrın 25-də axşama doğru o, Almaniyanın 16 vilayətinin baş nazirləri ilə videokonfrans keçirməli, koronavirus pandemiyasına qarşı tədbirləri müzakirə etməlidir.

Dpa agentliyinin hadisə yerində olan müxbirinin verdiyi xəbərə görə, bir nəfər xəsarət alıb.

İdarənin metal qapısına və avtomobilə isə yüngül ziyan dəyib.

Son həftələr ərzində şübhəli islamçı silahlılar Fransa və Avstriyada səkkiz nəfəri öldürüb.

XS
SM
MD
LG