Keçid linkləri

2024, 20 Aprel, şənbə, Bakı vaxtı 01:33

Rusiyanın Qarabağdakı humanitar mərkəzinə Bakıdan baxışlar...


Qarabağda Rusiya sülhməramlıları
Qarabağda Rusiya sülhməramlıları

Azərbaycanın suverenliyi pozulurmu?

Noyabrın 13-də Rusiya prezidenti "İdarələrarası humanitar reaksiya mərkəzi haqqında" Fərman imzalayıb. Üç bənddən ibarət olan fərmanda Rusiya dövlət qurumlarının Dağlıq Qarabağ (DQ) sakinlərinin bu bölgəyə qaytarılmasına köməyi, Azərbaycanla Ermənistana infrastrukturun bərpa edilməsində və bölgədə normal həyat şəraitinin yaradılmasında yardımı nəzərdə tutulub. Habelə, həmin istiqamətdə ictimai və dövlət qurumlarının fəaliyyətinin əlaqələndirilməsi də həyata keçirilməlidir. Mərkəzə Rusiyanın güc qurumları, digər federal orqanları və Xarici İşlər Nazirliyi (XİN) daxildir.

Dağlıq Qarabağın Azərbaycana mənsubluğu yad edilmir

Fərmanın mətninə görə, onun fəaliyyəti Dağlıq Qarabağla məhdudlaşır, Azərbaycan və Ermənistan ilə birgə həyata keçirilir. Amma sənəddə Dağlıq Qarabağın Azərbaycana mənsubluğu yad edilmir.

Rusiyanın Mərkəzin vəzifələrini icra edəcək əsas və əlaqələndirici orqanı bu ölkənin Müdafiə Nazirliyidir.

Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) sədr müavini Seymur Həzi bu sənədin ortaya çıxması ilə əlaqədar narahatlığını dilə gətirib.

"Azərbaycan Konstitusiyasının və suverenliyinin pozulması..."

Onun fikrincə, sənəddə Rusiyanın güc qurumlarının Azərbaycan ərazisində fəaliyyəti qanuniləşdirilməyə çalışılır. AXCP-də hesab edirlər ki, bu ölkədə bütün fəaliyyət və qərarları Azərbaycan Respublikasının hakimiyyət orqanları həyata keçirməlidir. "Bu fərmanın ortaya çıxması və həyata keçirilməsi Azərbaycan Konstitusiyasının və suverenliyinin pozulması deməkdir", - o, AzadlıqRadiosuna bildirib.

İqtisadçı Cəlal Əliyev isə hesab edir ki, Rusiya başqa dövlətin ərazisində humanitar vəzifələr həyata keçirə bilər. Amma onun fikrincə, Bakı Ermənistan silahlı qüvvələrinin Qarabağdan çıxmasından sonra Rusiya sülhməramlı qüvvələrinin Azərbaycan əraziləri ilə bağlı məsələləri Yerevanla həll etməməsinə nəzarət etməlidir.

"Azərbaycan özü öz torpaqlarında humanitar məsələləri həll edə bilər"

"Bizə lazımdır ki, Rusiya Qarabağı tərk edən ermənilərin geri qayıtmasını əsaslandırmasın. Bu fərmanın yaratdığı hansısa qurumun (Mərkəz) Azərbaycanda yerləşməsi arzuolunmazdır. Qarabağda Azərbaycan qurumları yerləşə bilər və Rusiyanın ermənilərə humanitar dəstək göstərməyinə ehtiyac varsa, o, əvvəlcə Bakıya müraciət etməlidir. Azərbaycan özü öz torpaqlarında humanitar məsələləri həll edə bilər. Rusiya bizə kömək etmək istəyirsə, ona təşəkkür edirik, amma bu yardımın vaxt çərçivəsi olmalıdır", - C.Əliyev "Turan" agentliyinə bildirib.

Hakim Yeni Azərbaycan Partiyasının ( YAP) deputatı Aydın Mirzəzadənin fikrincə isə, Rusiya öz əməllərində Azərbaycanın maraqlarını nəzərə almaya bilməz. O hesab edir ki, fərmanın təsiri eyni dərəcədə Azərbaycandan və Ermənistandan olan qaçqın vətəndaşlara şamil edilir.

"Rusiya Federasiyasının əməlləri Azərbaycanın suveren hüquqlarına zidd deyil"

"İndi Ermənistan ağır vəziyyətdədir, erməni qaçqınların ehtiyaclarını qarşılamaq, Qarabağda müharibə nəticəsində dağıdılmış infrastrukturu bərpa etmək iqtidarında deyil. Buna görə Rusiya Mərkəzinin yaradılması izah oluna bilər. Azərbaycan Rusiyanın Ermənistana və bizim ölkəmizə yardımına etiraz etmir. Dağlıq Qarabağda xəstəxanaları, məktəbləri, digər sosial obyektləri bərpa etmək və tikmək lazımdır. Rusiya buna yardım etməyi üzərinə götürür. Əsas odur ki, Rusiya Federasiyasının əməlləri Azərbaycanın suveren hüquqlarına zidd deyil", - A.Mirzəzadə "Turan" agentliyinə açıqlamasında qeyd edib.

AzadlıqRadiosunda iş

Azad Avropa/Azadlıq Radiolarına

İcraçı prodüser

Sosial media reportyoru/prodüseri

Sosial media redaktoru

tələb olunur

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG