Keçid linkləri

Təcili xəbərlər
2020, 30 Oktyabr, Cümə, Bakı vaxtı 14:20

'Gəncədə 10-dan artıq çoxmənzilli binaya ziyan dəyib'


Gəncə raket hücumundan sona, 11 oktyab 2020

Azərbaycan Baş Prokurorluğu Gəncə şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb.

Qurumun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub. Qeyd edildiyinə görə, nəticədə 3-ü qadın olmaqla 7 nəfər həlak olub ( Amma başqa rəsmi mənbələr ölü sayının artdığını bildirir.Onlar qeyd edirlər ki, dağıntılar altından xilasetmə işləri davam edir-red).

16-sı qadın, 6-sı azyaşlı olmaqla isə 34 nəfərin yaralandığı qeyd edilir: “Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.” “Gəncədə 10-dan artıq çoxmənzilli binaya ziyan dəyib.”

Azərbaycan Baş Prokurorluğu Gəncə şəhərinin atəşə tutulması ilə bağlı açıqlama yayıb. Qurumun mətbuat xidmətindən bildiriblər ki, Ermənistan silahlı qüvvələri oktyabrın 11-də gecə saat 02 radələrində cəbhə zonasından kənarda yerləşən, Azərbaycanın ikinci böyük şəhəri olan Gəncənin mərkəzi hissəsində yerləşən çoxmənzilli yaşayış binalarını raket atəşinə tutub.

Qeyd edildiyinə görə, nəticədə 3-ü qadın olmaqla 7 nəfər həlak olub ( Amma başqa rəsmi mənbələr ölü sayının artdığını bildirir.Onlar qeyd edirlər ki, dağıntılar altından xilasetmə işləri davam edir-red). 16-sı qadın, 6-sı azyaşlı olmaqla isə 34 nəfərin yaralandığı qeyd edilir:

“Həmçinin 10-dan artıq çoxmənzilli binaya və 100-dən çox müxtəlif təyinatlı obyektə ziyan dəyib.”

Xatırlatma

Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində sentyabrın 27-dən ağır döyüşlərin getdiyi bildirilir. Hər iki tərəfdən itkilər olduğu deyilir. Azərbaycan açıqlayıb ki, son günlər 30-dan çox kəndi, Cəbrayıl şəhərini və Hadrut qəsəbəsini işğaldan azad edib..

Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilib. Atəşkəs olsa da, tez-tez onun pozulduğu bildirilir.

Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı sülh danışıqları ATƏT-in Minsk qrupu həmsədrlərinin vasitəçiliyi ilə aparılır. ABŞ, Rusiya və Fransa həmsədr dövlətlərdir.

Oktyabrın 1-də bu qurumun həmsədr ölkələrinin liderləri birgə bəyanat yayaraq tərəfləri hərbi əməliyyatları dayandırıb, ilkin şərtsiz sülh danışıqlarını bərpa etməyə çağırıb.

Multimedia

XS
SM
MD
LG