Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:25

Nigar Həzi: Tofiq Yaqublunun səhhətində problem yaranıb


 Azerbaijan – parliamentary candidate Tofig Yagublu, Baku, 16Oct2010
Azerbaijan – parliamentary candidate Tofig Yagublu, Baku, 16Oct2010

Həbsdə olan Müsavat Partiyasının və Milli Şuranın üzvü Tofiq Yaqublunun səhhətində problemlər yarandığı bildirilir.

Bu barədə Azadlıq Radiosuna T. Yaqublunun qızı Nigar Həzi danışıb. N.Həzinin sözlərinə görə, aclıq aksiyası artıq, atasının səhhətinə təsirini göstərməyə başlayıb:

"Atamla bu gün, sentyabrın 5-də telefonla danışmışam. Tez-tez baş gicəllənmələrinin olduğunu və zəiflədiyini bildirdi. Bu durumda ola-ola həbsxananın tibbi hissəsindən heç bir tibbi yoxlanış olmayıb. Hər keçən gün Tofiq Yaqublunun səhhətindəki durum bizim üçün ciddi narahatlıq doğurur".

N.Həzi bildirib ki, saxlandığı 3 saylı İstintaq təcridxanasının əməkdaşları dərhal Tofiq Yaqublunun səhhətiylə maraqlanmalı və tibbi hissədən onun müayinəsinə göstəriş verilməlidir:

"Təcridxana rəhbərliyi Tofiq Yaqublunun indiki durumunu nəzərə alaraq onun hər gün ailəsi ilə telefon danışığını təmin etməlidir. Biz hər gün onun səsini eşitməsək, ona nəsə olduğunu zənn edəcəyik".

Nigar Həzi (Yagublu) və atası Tofiq Yaqublu , arxiv foto
Nigar Həzi (Yagublu) və atası Tofiq Yaqublu , arxiv foto

N. Həzi əlavə edib ki, təcridxana rəisinin müavinləri Tofiq Yaqubludan aclığı dayandırmasını xahiş etsələr də, o bundan imtina edib. Bu açıqlamaya, hələlik, Penitensiar Xidmət və başqa uygun rəsmi qurumlardan münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Tofiq Yaqublu 4 il 3 ay azadlıqdan məhrum edilib. Sentyabrın 3-də Nizami Rayon Məhkəməsində hakim Nəriman Mehdiyev bu barədə hökm çıxarıb.Elə həmin prosesdə T.Yaqublu aclıq aksiyasına başladığını bəyan edib. Tofiq Yaqublu bu il martın 22-də tutulub, ertəsi gün Nizami Rayon Məhkəməsində onun barəsində ilkin istintaq dövrü üçün 3 aylıq həbs-qətimkan tədbiri seçilib.

Daxili İşlər Nazirliyinin rəsmi açıqlamasında iddia olunurdu ki, Nizami rayonu, "8-ci kilometr bazarı"nın yaxınlığında T.Yaqublunun idarə etdiyi "Toyota Corolla" markalı avtomobil E.Cəbrayılovun idarə etdiyi "VAZ-2107" ilə toqquşub:

"Yol-nəqliyyat hadisəsi Tofiq Yaqublunun öz təqsiri üzündən baş verdiyi halda, o, əsaslı səbəb olmadan mübahisə edərək Elxan Cəbrayılovu və onun sərnişini olan həyat yoldaşı Cəvahir Cəbrayılovanı yumruq və vintaçanla vuraraq onlara müxtəlif dərəcəli bədən xəsarətləri yetirib".

T.Yaqublunun Cinayət Məcəlləsinin 221.3 (silah qismində istifadə olunan əşyalar tətbiq etməklə xuliqanlıq etmə) maddəsi ilə ittiham olunurdu. Amma siyasətçi özünü təqsirli bilmir, sifarişlə ona qarşı təxribat törədildiyini deyir.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG