Keçid linkləri

2024, 27 İyul, şənbə, Bakı vaxtı 05:51

AŞPA məruzəçiləri Yaqubluya qarşı hökmdən ‘narahatdırlar’


Tofiq Yaqublu (solda) oğlu ilə, 2015-ci il
Tofiq Yaqublu (solda) oğlu ilə, 2015-ci il

Avropa Şurası Parlament Assambleyasının (AŞPA) üç məruzəçisi Azərbaycanı müxalifətçi Tofiq Yaqublunun işinə yenidən baxmağa çağırıb. Yaqublu sentyabrın 3-də “xuliqanlıq” ittihamıyla 4 il üç ay həbsə məhkum edilib.

Müsavat partiyasının və Demokratik Qüvvələrin Milli Şurasının üzvü Yaqubluya məhkəmə hökmü sentyabrın 3-də çıxarılıb.

“Hökmün ağırlığından narahatıq”

“Biz Yaqublunun vəkillərinin məhkəmənin ədalətsiz keçməsilə bağlı ittihamlarından, ictimaiyyətə qapalı keçirilməsindən, müdafiə tərəfinin demək olar bütün vəsatətlərinin rədd olunmasından dərin narahatlıq keçiririk”, – həmməruzəçilər Ser Rocer Geyl (Sir Roger Gale) və Stefan Şennak (Stefan Schennach), həmçinin AŞPA-nın Azərbaycanda siyasi məhbuslar üzrə məruzəçisi Sunna Evarsdottir (Sunna AEvarsdottir) deyib.

“Biz xüsusilə hökmün ağırlığından və Yaqublunun aclıq aksiyasına başlamaq qərarından narahatıq”, – onlar əlavə ediblər.

Yaqublu sentyabrın 2-də məhkəmədə aclıq aksiyasına başladığını elan edib.

Siyasətçi martda Bakıda saxlanıb, onun maşınını vuran avtomobilin sürücüsü onunla dalaşmağa başlayıb.

Müstəntiqlər isə Yaqublunu “xuliqanlıq məqsədilə vintaçandan istifadə etdiyini”, siyasətçi ittihamı rədd edir.

Yaqublu və insan haqları qruplarının fikrincə, avtomobil qəzası da bu cinayət işinə görə qurulub.

Müxalifətin tanınmış simalarından olan Yaqublu hökuməti və avtoritar prezident İlham Əliyevi tənqid edir.

Tənqidçilərin deməsinə görə, Əliyev hakimiyyəti müxalifət, vətəndaş cəmiyyəti fəallarını, jurnalistləri susdurmaq üçün saxta ittihamlardan istifadə edir.

Əliyev hakimiyyətə 2003-cü ildə gəlib. O vaxtadək atası Heydər Əliyev on il prezident postunda olub.

AzadlıqRadiosunda iş

İcraçı prodüser

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

XS
SM
MD
LG