Keçid linkləri

2026, 31 Oktyabr, şənbə, Bakı vaxtı 20:49

HRW Yaqublu barədə hökmü 'ədalətin lağa qoyulması' adlandırdı

Beynəlxalq insan haqları təşkilatı – Human Rights Watch Azərbaycanda aparıcı müxalifət liderlərindən Tofiq Yaqublunun azadlıqdan məhrum edilməsini qətiyyətlə pisləyən bəyanat verib.

Bəyanatda deyilir ki, Yaqublunun “qondarma xuliqanlıq ittihamı” ilə 4 il, 3 ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilməsi heç bir təccüb doğurmur və əslində “ədalətin lağa qoyulması” deməkdir.

Təşkilat bildirir ki, Azərbaycan hakimiyyəti dəfələrlə öz tənqidçilərindən qisas almaq məqsədilə qanunlardan sui-istifadə edib.

Bəyanatda xatırladırlır ki, hakimiyyətin Yaqublunu siyasi motivli ittihamla məhbus etdiyi ilk dəfə deyilidir.

O 2016-cı ildə həbsxanadan azad edildikdən sonra, bir daha 2019-cu ilin oktyabrında icazəsiz aksiyada iştirakına görə saxlanmışdı.

Human Rights Watch xatırladır ki, martin 22-də Azərbaycan prezidenti İlham Əliyev COVID-19 pandemiyası ilə mübarizədən siyasi müxalifət üzərinə hücum üçün istifadə edəcəyinə siqnal verdikdən sonra polis Yaqublunu həbs edib.

Bəyanatda deyilir ki, Azərbaycan hakimiyyəti vəkillərin bütün vəsatətlərini rədd edib.

Tofiq Yaqubluya 4 il 3 ay həbs cəzası verildi
Gözlə

No media source currently available

0:00 0:01:37 0:00

Human Rights Watch bildirir ki, son bir neçə ay ərzində Azərbaycanda müxalifətin onlarca nümayndəsi həbs və təqib olunub.

Avropa Şurası və Birləşmiş Ştatlar Azərbaycan hakimiyyətini Tofiq Yaqublunun azad edilməsinə çağırıb.

​
XS
SM
MD
LG