Keçid linkləri

2024, 19 Mart, çərşənbə axşamı, Bakı vaxtı 10:23

Ata Abdullayev jurnalistin həbsini tələb edir


Təzəxan Mirələmli
Təzəxan Mirələmli

Özünü videobloqer kimi təqdim edən Ata Abdullayev “Azadlıq” qəzetinin əməkdaşı Təzəxan Mirələmlinin azadlığının məhdudlaşdırılmasıyla razılaşmır. O, jurnalistin həbs olunması üçün apellyasiya şikayəti verib. Bunu avqustun 14-də Bakı Apellyasiya Məhkəməsində hakim Habil Məmmədov bildirib.

Ata Abdullayev
Ata Abdullayev

Məhkəmə iclası T.Mirələmlinin apellyasiya şikayəti əsasında keçirilirdi. Jurnalist Xətai rayon Məhkəməsinin onun 1 il azadlığının məhdudlaşdırılması haqda hökmüylə razılaşmır, bəraət istəyir.

T.Mirələmli deyir ki, hökmdən sonra Xətai rayon Məhkəməsinə ərizə verib, məhkəmə iclas protokolları ilə tanış olmaq istəyib. Üstündən iki aya yaxın vaxt keçsə də, ona heç bir cavab verilməyib: “Halbuki, protokollarla tanış olmaq, məhkəmədə baş verənlər təhrif olunubsa, protokola qeydlər vermək mənim hüququmdur”.

Hakim jurnalisti haqlı sayıb, bu əsasla da işi Xətai rayon Məhkəməsinə qaytarıb.

Zərərçəkmiş qismində tanınan A.Abdullayev buna etiraz edib, T.Mirələmlini prosesi süni şəkildə uzatmaqda ittiham edib: “Mən Amerikaya getməliyəm, orada uşaqlarım var...”

Xatırlatma

T.Mirələmli fevralın 26-da - Xocalı faciəsinin ildönümü ilə əlaqədar "Ana harayı" abidəsinin yaxınlığında A.Abdullayevi vurmaqla xuliqanlıq etməkdə suçlanır. Lakin o, özünü təqsirli bilmir. Deyir ki, Milli Şura üzvləri abidəni ziyarət edəndə o da həmin yerdə çəkiliş aparıb.

Həmin vaxt A.Abdullayev çəkilişə mane olub, təhqiramiz ifadələr səsləndirib, təxribata çəkməyə çalışıb: "Mən ondan bu cür hərəkətlərə son qoymasını tələb etdim".

T.Mirələmli həm də Azərbaycan Xalq Cəbhəsi Partiyasının (AXCP) üzvüdür. AXCP onun cinayət məsuliyyətinə cəlb edilməsini partiyaya qarşı repressiyaların davamı kimi qiymətləndirir.

Hökumət təmsilçiləri isə ölkədə heç kimin siyasi baxışlarına görə cəzalandırılmadığını bildirir.

AzadlıqRadiosunu Rusiya hökuməti "arzuolunmaz təşkilat" elan edib.

Əgər siz Rusiyadasınızsa, bu ölkənin pasportunu daşıyırsınızsa, yaxud orada daimi yaşayan, amma vətəndaşlığı olmayan şəxssinizsə, nəzərə alın- məzmunumuzu paylaşdığınıza, bəyəndiyinizə, şərh yazdığınıza, bizimlə əlaqə saxladığınıza görə cərimə və ya həbslə üzləşə bilərsiniz.

Ətraflı məlumat üçün bura klikləyin.

Abunə

XS
SM
MD
LG