Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 05:10

84 yoluxma aşkarlanıb, 3 ölüm


Son gündə Azərbaycanda koronavirus infeksiyasına 84 yeni yoluxma faktı qeydə alınıb, 214 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb.

Bu məlumatı bu gün, avqustun 11-də Nazirlər Kabineti yanında Operativ Qərargah yayıb.

Qurumdan verilən məlumata görə, COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış 3 nəfər də vəfat edib:

“İndiyədək Azərbaycanda ümumilikdə 33 731 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib, onlardan 30 856 nəfər müalicə olunaraq sağalıb, 495 nəfər vəfat edib, aktiv xəstə sayı 2 380 nəfərdir”.

Qərərgahdan açıqlamaya görə, son sutka ərzində yeni yoluxma hallarının müəyyənləşdirilməsi ilə əlaqədar ölkədə 6 318, ötən müddət ərzində isə ümumilikdə 796 459 test aparılıb.

Rəsmi qurumların bildirməsinə görə, bundan başqa Azərbaycanda əlavə evdə müalicə alan koronavirus xəstələri də var.

Xatırlatma

2019-cu ilin sonlarında dünyada yeni koronavirus aşkar edilib.

Bu il martın 11-də Dünya Səhiyyə Təşkilatı (DST) koronavirusu pandemiya elan edib. Dünyada sürətlə yayılan bu virusa indiyə qədər 20 milyon 295 mindən çox şəxsin yoluxduğu bildirilir. Onlardan da artıq 740 mindən çox şəxsin vəfat etdiyi açıqlanıb.

Multimedia

XS
SM
MD
LG