Keçid linkləri

Təcili xəbərlər
2020, 21 Oktyabr, çərşənbə, Bakı vaxtı 14:35

Avropa Məhkəməsi Yunuslara görə hökuməti 51 min avro cərimələyib


A.Yunus və L.Yunus

İyulun 16-da Avropa İnsan Hüquqları Məhkəməsinin (AİHM) Sülh və Demokratiya İnstitutunun rəhbəri Leyla Yunus və onun həyat yoldaşı Arif Yunusun şikayətləri üzrə qərarını elan edib.

Vəkil Cavad Cavadov bununla bağlı Azadlıq Radiosuna deyib ki, AİHM iddiaçıların ərizəsində qeyd olunmuş pozuntuların əksəriyyətini tanıyıb: "İddiaçılar ərizədə qeyd ediblər ki, onların həbsi bilavasitə onların hüquq müdafiə fəaliyyəti ilə bağlıdır. Məhkəmə, öz növbəsində, Avropa İnsan Hüquqları Konvensiyanın 5-ci (azadlıq, toxunulmazlıq hüququ), 6-cı (ədalətli məhkəmə araşdırması), 8-ci (şəxsi həyat), 13-cü (səmərəli hüquq vasitələri hüququ) və 18-ci maddələrinin pozuntusunu tanıyıb. Həmçinin, 1 saylı Protokolun 1-ci (mülkiyyət hüququ) və 4 saylı Protokolun 2-ci (hərəkət azadlığı) maddələrinin pozuntusu qəbul edilib".

Vəkil bildirib ki, hökumət L.Yunusa 20 min, A.Yunusa 20 min avro, digər xərclərə görə isə 11 min 438 avro təzminat ödəməlidir: "Qərar 2014-cü ilin aprel ayında ölkədən çıxışa qadağa qoyulması, hava limanında saxlanma, axtarış və həbs-qətimkan tədbirinin seçilməsini əhatə edir. Məhkəmə qərara gəldi ki, qeyd olunmuş tədbirlər zamanı pozuntulara yol verilib".

Bu qərara, hələlik, Azərbaycan rəsmilərindən münasibət almaq mümkün olmayıb.

Xatırlatma

Leyla Yunus 2014-cü ilin iyulunda, onun həyat yoldaşı Arif Yunus isə avqust ayında həbs olunublar.

2015-ci ilin avqustunda Bakı Ağır Cinayətlər Məhkəməsinin qərarı ilə L.Yunus 8 il 6 ay, A.Yunus isə 7 il azadlıqdan məhrum edilib.

Həmin ilin dekabrında Bakı Apellyasiya Məhkəməsi hökmü dəyişib, Yunuslar şərti cəza ilə həbsdən buraxılıb. Sağlıq problemləri olduğu bildirilən Yunusların müalicə məqsədi ilə xaricə getməsinə icazə verilib.

Sonradan Ali Məhkəmə apellyasiya instansiyasının bu qərarını ləğv edib və iş yenidən Bakı Apellyasiya Məhkəməsinə qaytarılıb.

Onlar qanunsuz sahibkarlıq, vergidən yayınma və dələduzluq kimi məsələlərdə ittiham ediliblər. Bu ittihamı qəbul etməyən Yunuslar hazırda mühacirətdə yaşayırlar.

Multimedia

XS
SM
MD
LG